2025-də Azərbaycanda Gəziləcək Ən Sirli və Gözəl 5 Kənd
Azərbaycanın sirli və təbiət möcüzəsi olan 5 kəndini kəşf et! Turistlər üçün ideal, fotoqrafiya və sakitlik axtaranlar üçün cənnət.

Azərbaycanın təbiəti və mədəniyyəti ilə seçilən çox sayda kəndi var. Ancaq bəzi kəndlər var ki, həm sirli, həm də turistlər üçün demək olar ki, kəşf edilməmişdir. Bu yazıda 2025-ci ildə ziyarət etməli olduğun ən maraqlı 5 kəndi təqdim edirik.
1. Lahıc (İsmayıllı)
Dağların ətəyində yerləşən bu kənd İsmayıllı rayonunun ən qədim, yerli və xarici turistlərin daha çox diqqətini çəkən kəndlərindən biridir. Lahıc yolu sıldırımlı dağların ətəyindən olduğu üçün bir o qədər də kəndə gedən hərkəsə adrenalin hissini yaşadır.
2. Xınalıq (Quba)
Quba rayonunun yüksək dağlıq ərazisində, sıldırım qayalar arasında yerləşən Xınalıq kəndi əsrarəngiz gözəlliyi və qədim tarixi ilə seçilir. Unikal mədəniyyəti, özünəməxsus adət-ənənələri və təbiətlə harmoniya içindəki yaşam tərzi ilə Xınalıq, sanki dağların sinəsində qorunan nadir bir mirasdır. Burda gəzərkən sanki buludların ətrafında gəzirsən.
3. Ləkətağ (Culfa)
Ləkətağ kəndi dəniz səviyyəsindən 2350 metr yüksəklikdə yerləşir. Zəngin turizm potensialı olan bu kənd istirahət üçün əla məkandır.
4. Cek (Qusar)
Cek kəndi, təbii gözəllikləri və tarixi abidələri ilə turizm üçün böyük potensiala malikdir. Dağlıq relyefi, təmiz havası və zəngin mədəni irsi ilə kənd, həm yerli, həm də xarici turistlər üçün cəlbedici bir məkan ola bilər. Qışda ağ, yayda yaşıl bir təbiət mənzərəsi. Skandinaviya kəndlərini xatırladır.
5. İlisu (Qax)
Şəlalələr, qaya divarları və qədim qalaları ilə macəra sevənlərin ünvanıdır. İlisu kəndi təbiətsevərlər və sakit istirahət axtaranlar üçün ideal məkandır.