Barselonada gəzməli görməli ən yaxşı yerlər
Barselonaya səyahət ediyiniz zaman ən gəzməli görməli olduğunuz məşhur yerlərin siyahısı. Siyahıya mənzərəli yerlər, tarixi abidələr, restoranlar, əyləncə parkları vs daxildir.
Barselona həm zəngin mədəniyyətə, həm də memarlıq baxımından misilsiz xəzinələrə malik olan şəhərdir. Siz Barselona səyahət zamanı proqramınıza memarlıq möcüzələrini və şəhərin məşhur məhəllələrini daxil edə bilərsiniz.
Tanınmış memar Qaudinin əsərləri ilə bəzədilmiş şəhərdə ən görməli yerlər
Barselona şəhərində memar Antoni Qaudinin əsəri olan bir çox tikiliyə rast gələ bilərsiniz. Bu məqalədə bu yerlərin bəziləri və şəhərin əsas görməli yerləri sizin üçün bir yerə topladıq.
Sagrada Familia
Barselonada mütləq görməli olduğunuz ilk yer Antoni Qaudinin ən əhəmiyyətli əsəri olaraq xarakterizə edilən, bazilika görünüşü ilə səyahətçilərin diqqəti cəlb edən Sagrada Familiava'dır. Tanınmış memar 1883-cü ildə bazilikanın tikintisini öz üzərinə götürdükdən sonra onun dizaynında böyük dəyişikliklər etmişdir. Müqəddəs Ailə kilsəsi olaraq tanınan tikili xalq arasında tamamlanmamış kilsə olaraq da tanınır. Qaudinin qəfil ölümünə görə binanın tikintisi yarımçıq qalır amma hazırda mövcud olan hissələr böyük diqqət çəkir.
Park Güell Parkı
Mozaika ilə bəzədilmiş məşhur park olan Park Güell Qaudi tərəfindən təbiətdən ilham alaraq dizayn edilib və Carmel təpəsində yerləşir. Eusebi Güell-in istəyinə uyğun olaraq planlaşdırılan 60 evli layihənin tikintisi tamamlanmadıqda, ərazi parka çevrilmişdir. Parkı ziyarət edərkən Qaudi tərəfindən hazırlanmış mebel və əşya kolleksiyasının nümayiş olunduğu “Casa Museu Gaudi”ni də ziyarət edə bilərsiniz.
Kamp Nou" stadionu
Barcelona futbol klubuna məxsus olan stadion futbol azarkeşləri üçün məbədi xatırladan “Kamp Nou”nun bələdçili turlarına qatılaraq ətraflı məlumat almaq və stationu gəzmək fürsəti əldə edə bilərsiniz. Tur zamanı muzey bölməsinə girdiyinizdə futbol komandasının qazandığı kuboklarla yanaşı Dali, Miro və Taples kimi rəssamların əsərlərini də yaxından izləyə bilərsiniz.
Qaudi'nin görməli olduğunuz başqa bir əsəri: Casa Batlló
Kataloniya Meydanında (Plaça de Catalunya) gəzərkən Qaudinin imzasını daşıyan başqa bir əsər olan “Casa Batllo”ya vaxt ayıra bilərsiniz. Kataloniyalı memar binanın eksteryerini dizayn edərkən Monenin “Su Zanbaqları” seriyasından ilhamlanıb.
Casa Milà
Kataloniya Meydanının yaxınlığında yerləşən, modern memarlığın parlaq nümunəsi olan Casa Mila həm daxili, həm də xarici memarlığı ilə şəhərə möhtəşəmlik qatan başqa bir Qaudi əsəridir. Məhşur memarın bəzi rəsmləri, fotoşəkilləri və dizaynları Pere Mila adına tikilmiş binada yerləşən Espai Qaudi adlı qalereyada nümayiş etdirilir. Ümumiyyətlə, Barselonaya səyahət zamanı Qaudi tərəfindən dizayn edilmiş çoxlu sayda bina görəcəkiniz.
Barri Gotic - Tarixi əhəmiyyətli bölgə
Barselona şəhərinin tarixi əhəmiyyətli bölgəsi olan Barri Gothic eramızdan əvvəl 1-ci əsrdə Romalılar tərəfindən Barcino adı ilə qurulmuşdur. 14-15-ci əsrlərdə Barselona şəhərinə gətirilən qotika memarlığının ən gözəl əsərləri bu bölgədə yerləşir. Baarri Gotic, La Rambla küçəsi, Katalonya meydanı, La Ribera küçəsi kimi digər attraksionlara yaxındır, burada dolaşarkən xoş kafe-barlarda və ya restoranlarda vaxt keçirməkdən həzz alacaqsınız.
Montjuïc Parkı və Sehrli (Magic) Fəvvarə
Barselonada gəzdiyiniz zamanı rəng və işıqların möhtəşəm harmoniyası olan Montjuic təpəsindəki Kataloniya Milli İncəsənət Muzeyinin düz qarşısındakı şoulara mütləq baxmalısınız. Musiqi ilə rəqs edən suların təsirli şousunu izləyərkən özünüzü başqa bir dünyada hiss edəcəksiniz.
Tibidabo Parkı - Əyləncə Parkı, Mənzərəli Yerlər, Restoranlar
Montjuic qəsrindəki panoramik mənzərəni gördükdən sonra növbəti ünvanınız Tibidabo ola bilər. Hündürdən möhtəşəm şəhər mənzərəsini seyr edərkən, Temple Expiatori del Sagrat Cor kilsəsinin təqdim etdiyi tarixi faktura ilə bu məkandan daha da həzz ala bilərsiniz.
Palau de la Música - Musiqi Sarayı
Katalan Musiqi Sarayı — Barselonanın La Ribera rayonunda yerləşən konsert salonu. 1997-ci ildə YUNESKO-nun “Ümumdünya irsi obyektlərinin siyahısı”na qəbul edilən bu zal Kataloniya İntibah Hərəkatında (Renaixença) mühüm yeri olan "Orfeo Katala xoru" üçün tikilmişdir. Bura getmək üçün daxili turlara qoşula və ya konsertə bilet ala bilərsiniz.