Berber billu hind filmi Azerbaycan dilinde
2009-cu ildə Bərbər Billu adı ilə ekranlara çıxan hind filmi Azərbaycan dilində izləyin. Playa toxunduqdan sonra biraz gözləməyiniz tövsiyyə olunur.
Maddi cəhətdən çox kasıb olan Billu bərbərliklə məşğul olur. O, həyat yoldaşı Bindiya və 2 övladı ilə birlikdə Budbuda kəndində yaşayır. Billu ağır və kasıb həyat tərzi keçirir. Sonralar Bollivudun superulduzu olan Zahir Xan (Şahrux Xan) növbəti filminin çəkilişləri üçün bu kəndə gəlir.
Billu bu vaxt həyat yoldaşına Zahir ilə arasında olanları, onunla birlikdə eyni məktəbdə oxuduqlarını, yaxın dost olduqları barədə danışır. Ancaq fikirləşirdiki Zahir artıq böyük və tanınmış ulduzdur və onu heç cürə tanıya bilməz. Billunun uşaqlarının bu barədə xəbər tutması isə bu xəbərin bütün kəndə yayılmasına səbəb olur. Kasıb olmasına görə hər kəsdən aşağı səviyyədə olan Billu, bu hadisədən sonra diqqət mərkəzinə düşür. Əvvəllər heç kim tərəfindən sayılmayan Billu, indi hər kəsin sevimlisi olur. Ona kənardan bir çox müdaxilələr edirlər ki, tanınmış ulduzla əlaqə saxlasın. Halbuki Billu bununla razı deyildi, çünki aradan uzun zaman keçmişdi və buna görədə Zahir onu tanımazdı. Hətta güclü biznesmen Saukar Damçand Billudan Zahir Xanla görüşməyi tələb edir. Onun vasitəsilə tanınmış aktyorla görüşmək istəyən Damçand Billuya bir çox hədiyyə təklif edir.
Zahir Xanla görüşə bilməyən Billuya qarşı münasibət dəyişir. O və Zahir Xanla arasında olanlar barədə dedikləri kəndin əhalisi tərəfindən ifşa olunur. Beləliklə Billu həyat yoldaşı və uşaqları daxil olmaqla yalançılıqda ittiham olunur. Lakin Billu səsini çıxarmır və yenidən əvvəlki ağır həyatına başlayır.
Kənddəki son günündə Zahir Xan buradakı məktəbə dəvət olunur. O tədbirdə məktəblilər və kəndin əhalisi qarşısında özünün yoxsul uşaqlığından danışır. Zahir keçmişində heç bir şeyinin olmadığını, lakin onunçün böyük bir önəm kəsb edən bir insanın, sadiq bir dostunun olduğunu deyir, onun adı Billudur. Zahirin hər çətin anında ona dəstək olan Billu. Zahir deyirdiki mənim şöhrətlənməyimin əsas səbəbi elə Billu özüdür. Çünki Billu olmasaydı o Mumbaya gedə bilməzdi beləliklə, həm maddi, həm də mənəvi cəhətdən ona dəstək olan Billu Zahirin Mumbaya getməsi üçün ona kömək edir. Zahir ən yaxın dostunu görmək üçün doğma kəndinə qayıtdığını və Billunun başqa bir kəndə-Budbudaya köçdüyünü deyir. Ona görə filmin çəkilişlərini məhz bu kənddə edilməsini istəyir. Bunları eşidən Billu tədbirin sonuna qədər dayanmır və geri qayıdır. Kəndin əhalisi isə həqiqəti bildikdən sonra Zahir Xanı Billunun evinə aparır. Beləliklə Zahir onun tanınmış bir ulduza çevrilməsində böyük rol oynayan, keçmiş və ən yaxın dostu olan Billu ilə görüşə bilir.