Bu gün Şəhid Süleyman Şirəlizadənin doğum günüdür

Bu gün Şəhid Süleyman Şirəlizadənin doğum günüdür

Bu gün ikinci Qarabağ Müharibəsi
Şəhidi Süleyman Şirəlizadənin doğum günüdür. Cənnətdəki ikinci ad günün mübarək Şəhidim!
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Süleyman Şirəlizadə 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan 2-ci Qarabağ müharibəsində Ağdərə istiqamətində savaşıb. Ağdərə istiqamətində "Tülkü dərəsi" deyilən ərazidə 5 oktyabr 2020-ci il tarixində şəhid olmuşdur. Süleyman Şirəlizadə 6 oktyabr 2020-ci il tarixində Oğuz rayonu Padar kənd Şəhidlər Xiyabanında dəfn edilmişdir. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Süleyman Şirəlizadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.