Diqqət dağınıqlığını aradan qaldır

Bu məqaləmizdə diqqət dağınıqlığının səbəbləri və bunun aradan qaldırılması üçün faydalı məlumatlar qeyd olunub.

Diqqət dağınıqlığını aradan qaldır

Bir çox insanın əziyyət çəkdiyi diqqət dağınıqlığı problemi məhsuldarlığımızı aşağı salmaqla yanaşı, bizi irəliləməyə də qoymayan səbəblərdən biridir. Çünki fikrimizi toplayıb qısa zamanda bitirə biləcəyimiz işləri daha uzun zamana bitiririk.

Əgər bu problemi yoluna qoysaq, o zaman dərs və işlərdə daha tez irəliləyər, lazımi vaxtda lazım olan mərhələyə çata bilərik.

Bunun üçün isə aşağıda göstərilən amillərə əməl etməkdə fayda var.

Eyni anda yalnız bir işi görün və yalnız bir işə fikrinizi tamamən cəmləyin. Əliniz bir işdə olarkən gözünüz və qulağınız başqa işlərdə olmasın. Həm fiziki, həmdə zehni olaraq yalnız bir işə fokuslanın.

Gün ərzində heç olmasa yarım saat hər şeydən və hər kəsdən xüsusəndə telfondan uzaqlaşıb özünüzlə təklikdə qalın. Həmin müddətdə heçnə etmədən, konkret olaraa nəyisə düşünün, analiz edin, bir şeyə fikrinizi cəmləyin. Ya da sadəcə nəfəsinizə fokuslanaraq meditasiya edin.

Xəyal qurmaq yaxşıdır, amma iş görərkən xəyal qurmaq həmin işin keyfiyyətini azaldacaq. Ona görədə bir iş görərkən başqa şeylər haqqında düşünməyin. Düşüncəniz gördüyünüz işdə olsun, fikrinizi yalnız ona yönəldin.

Bir işə başlayarkən, xüsusəndə 1-2 saatdan az vaxt aparan bir işdirsə, sadəcə oturun və başqa heçnə etmədən o işi görün bitirin. Hanısa bir işi yarımçıq qoymayın. Başladığınız işi fikrinizi yayındırmadan sona qədər edin və tamamlayın. 

İşləri ardıcılıqla siyahı halına salın və bir işi bitirməmiş digərinə keçməyin. Qısa işləri yarımçıq qoyub digərlərinə keçəndə həmin o yarımçıq işlər də üst üstə yığılıb insana yük olur. Onlardan ən qısa zamanda qurtulun. Siyahınızda olan işləri bitirdikcə qarşısına işarə qoyun. Bu sizə əlavə motivasiya verəcək.

Fərqli zəka oyunları, diqqət testləri, tapmaca və krasvord kimi oyunlarda "beyin idmanı" etmək fikir cəmləmədə insana yardımçı olan amillərdən sayılır. Oyunlara aludə olmamaq şərtilə, gün ərzində sadəcə bir neçə dəqiqə ayıraraq xüsusi zəka oyunları oynaya bilərsiniz.

Mütəxəssislərin məsləhət gördüyü üsullardan biridə mütamadi olaraq idmanla məşğul olmaqdır. Burada söhbət idman zalına getməkdən yaxud peşakar şəkildə idmanla məşğul olmaqdan yox, gün ərzində sağlam həyat tərzi sürməkdən, sağlamlıq üçün müəyyən idman hərəkətləri etməkdən gedir.

Sağlam və fərqli qidalarla bəslənməyə çalışın. Şəkərdən istifadəni azaldın. Gün ərzində bədəninizin tələb etdiyi qədər su içmək mütləqdir. Həmçinin zərərli vərdişlərdən uzaq durmaq da işinizə yarayacaq. Ehtiyacınız olan qədər yuxunu tam alın. Yuxusuzluq beynin məhsuldarlığını azaldır.

Mənbə: Fəridə Fətəli

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow