Məqsədinə çatmaq üçün 3 aylıq plan

Etmək istədiyin bir şey var, amma haradan başlayacağını bilmirsən, çünki məqsədin gözünə çox böyük görünür.

Məqsədinə çatmaq üçün 3 aylıq plan

Etmək istədiyin bir şey var, amma haradan başlayacağını bilmirsən, çünki məqsədin gözünə çox böyük görünür. Bu zaman "Fil prinsipi" tətbiq et. Bir fili necə yeyəcəyini bilmirsənsə onu parçalara böl. İstənilən məqsədə çatmağın ən yaxşı yolu onu parçalara bölməkdir. 

İndi A nöqtəsindən bir hədəfin var, oda B nöqtəsidir. Bu B nöqtəsinə hansı müddətə çatmaq istəyirsən? 

Məsələn 3 aya. O zaman A və B nöqtəsi arasındakı bu məsafəni 3 aya bölək, daha dəqiq isə 90 günə.

Yəni fili 90 hissə böləcəksən. Hər günə bir hissə yeməklə 90 günə o "fili" yeyib bitirmiş olacaqsan.

Əslində sənin dərdin filin özü ilə deyil, 90 dənə parçası ilədir. O 90 parçanın öhdəsindən gəlsən, bütöv filin öhdəsindən gəlmiş olacaqsan.

Bunun üçün isə 90 gün boyunca bir hissə yeməlisən.Bu sənin gündəlik etməli olduğun bir rutin olmalıdır.

Yemədiyin, boş buraxdığın günlərin sayı artdıqca "90 gün" müddəti də uzanacaq.

O yola çıxmazdan öncə isə özünlə "istək və konsentrasiya" götürməyi unutma.

Həe gün o "fildən" bir hissə yemək artıq sənin həyatının bir hissəsinə çevriləcək və bu yolda irəlilədikcə hər gün səndə disiplin formalaşacaq.

Ama bunu təxirə salmadan elə bu gün etməlisən.

Ən azından bu gün hədəfini təyin edib AB nöqtələri arasında yol xəritəsi çıxardıb, plan qurmalısan ki, sabah nədən başlayacağını biləsən.

Məsələn hansısa sahəni öyrənmək istəyirsən.

  • Bu gün sənə lazım olan kursu, mənbəni yaxud vasitəni tap
  • Ümumi plana nəzər sal
  • Onu hissələrə böl
  • Özün üçün öyrənmə planı çıxar
  • Bu gün ilk addımın artıq hazırdır
  • Sabah da ilk dərs günün olsun

3 ay, yəni 90 gün simvolik bir müddətdir. Çatmaq istədiyin hədəfin nə olmasından asılı olaraq o "fili" özünə ən uyğun cədvəllə günlərə parçala. 

Hər həftəsonu 1 günlük istirahəti özünə icazə verməklə, bu yolu tamamla.

İlin, ayın, həftənin hansı günü olmasında asılı olmayaraq başla.1-ci günləri gözləmə, özün 1-ci olmağa çalış.

Paylaş