Narda gundelik internet paketleri

narda gündəlik internet paketini aktiv etmə və ləğv etmək qaydası

Narda gundelik internet paketleri

Yeni ildə paketlərdə edilən dəyişikliyə görə aşağıdakı məlumatlar yanlış olar bilər. Ona görə    》 bu linkə《 daxil olub günlük, həftəlik, aylıq paketlər haqqında yenilənmiş məlumatlarla tanış olun.

Dostlar bu məqaləmizdə sizlərə narda gündəlik internet paketləri haqqında məlumat yazacam.
Narda günlük internet üçün yalnız bir paket mövcuddur. Bu paketə 100 mq daxildi. Paketin qiyməti 50 qəpikdi. Paketi gün ərzində istənilən qədər sifariş etmək mümkündür.

Günlük 50 qəpik paketinin etibarlılıq müddəti aktivləşdirildiyi gün saat 23:59:59-da bitir. Bu zaman aldığın paket çərçivəsində istifadə olunmamış trafik qalığı sıfırlanır və balansda kifayət qədər məbləğ olduğu zaman eyni paket avtomatik olaraq yenidən aktivləşir.

Balansda kifayət qədər məbləğ olmadığı zaman, sonuncu sifariş olunmuş Günlük 50 qəpik paketinin avtomatik aktivləşdirilməsi təxirə salınır və balansda kifayət qədər məbləğ olduğu zaman paket yenidən aktivləşir.

Paketi aktivləşdirmək qaydası: G50 yazıb, 777-yə göndərə bilərsiniz vəya *777#50#YES yığaraq paketi aktivləşdirə bilərsiniz.

Günlük internet paketinin balansını yoxlamaq üçün : *777#20#YES kodunu yığ;

Narda gunluk paketi legv etmek
Cari Günlük internet paketindən imtina etmək üçün:

*777#012#YES kodunu yığ vəya STOP12 yazıb, 777-yə SMS göndərin.

banner