Narda xidmət kodları
Narda təqdim olunan xidmətlər haqqında məlumatlar və xidmətlərin aktiv deaktiv etmək qaydası bu məqalədə qeyd olunub.
Bu məqaləmizdə Nar nömrə işlədən dostlarımız üçün lazımlı kodlar qeyd olunub.
Narda
Balansı yoxlamaq kodu *777# YES
İnternet balansını yoxlamaq: *777#77# YES
Balansdakı bütün bonusları yoxlamaq: *777#20# YES (Qeyd: Əgər nömrənizdə günlük internet paketi aktivdirsə yalnız bu kodla nə qədər trafik qaldığını öyrənə bilərsiniz.)
Narda aylıq internet paketləri haqqında yeni məlumatları *777#40# YES kodunu daxil edərək öyrənmək mümkündür.
Aylıq internet paketini deaktiv etmək üçün *777#0# YES günlük paketi bağlamaq üçün isə *777#012# YES kodundan istifadə edə bilərsiniz.
Aylıq və Günlük internet paketləri barədə daha ətraflı məlumat üçün digər yazılara baxa bilərsiz.
Narda kontur göndərmək
Nardan nara kontur göndərmək üçün bu kodlardan istifadə edə bilərsiniz.
20 qəpik göndərmək *790#070/077 abunəçinin nömrəsi #02# YES
50 qepik kontur gondermek *790#070/077 nömrə #05# YES
1 manat göndərmək: *790#070/077 nömrə#1# YES
2 manat göndərmə: *790#070/077nömrə#2# YES,
5 manat göndərmək üçün *790#070/077nömrə#5# YES kodunu daxil edərək öz balansınızda olan məbləğ ilə istədiyiniz nar abunəçisinin balansını artıra bilərsiniz.
Narda kontur gonderme xidmətindən gün ərzində max 10 dəfə istifadə etmək mümkündü.
- Balans köçürmə xidməti nömrənin aktivlik müddətini uzatmır.
Nar mobile kredit kodlari
Birdəfəlik maksimum Nar kredit əldə etmək üçün *700#YES kodunu yığın.
Narda 50 qepik kredit *700#05# YES
Nar 1 azn kredit *700#01# YES
Nar kredit 2 azn *700#02# YES
Nar 3 azn kredit *700#03# YES
Dostun üçün kredit götürmək üçün *700*01*dostunun nömrəsi#YES yığın
Nar Kredit borcunu yoxlamaq üçün *700#150#YES kodundan istifadə edin.
Sənə zəng etmişdim xidməti
Telefonun sönülü olduqda və ya zəng çatmadıqda kimlərin zəng etdiyini bilmək üçün "Buraxılmış zəng xidməti"ni aktiv edə bilərsiniz.
Aktiv etmək üçün +zeng yazıb 777 nömrəsinə sms göndərin.
Xidmət vasitəsilə daxil olan zənglər haqqında məlumatı mesajla ala bilərsən. Daha sonra, sənə zəng etmiş şəxslərə nömrənin artıq aktiv olması ilə bağlı bildiriş göndərilir.
Xidmət haqqı aylıq 20 qəpik təşkil edir.
Digər suallar üçün operatorla əlaqə saxlayın.
Əlaqə: 777 zəng edib 1 daha sonra 0 rəqəmini seçin.
Müəllif: Nazim Əzimzadə