Samsung Galaxy S24 Ultra fərqli dizaynda olacaq
Cənubi Koreyanın texnologiya nəhəngi Samsung tərəfindən hazırlanan Galaxy S24 Ultra modeli bir çox cəhətdən çox yenilikçi bir model kimi görünür.

Samsung-un flaqman telefonları olan Galaxy S24 seriyası üçün geri sayım başladı. Bu gün Galaxy S24 Ultra-nın dizaynını əks etdirən yeni render şəkilləri sızdı.Gözlənilən Galaxy S24 Ultra.
Diqqəti cəlb edən ilk xüsusiyyətlərdən biridə Titan çərçivənin istifadəsidir. Titan yüngüllüyü və davamlılığı ilə tanınan bir materialdır.
Bundan əlavə sizləri Samsung Galaxy S24 seriyasının gözlənilən xüsusiyyətləri ilədə tanış etmək istəyirəm.
S24 – S24 Plus – S24 Ultra
Ekran 6,1 düym FHD+ 120 Hz – 6,8 düym FHD+ 120 Hz – 6,8 düym QHD+ 120 Hz
Prosessor Snapdragon 8 Gen 3 / Exynos 2400 (hər üçündə eyni)
Yaddaş 8 GB RAM – 8 GB RAM – 8 GB / 12 GB RAM
Saxlama 128 GB / 256 GB / 512 GB – 256 GB / 512 GB – 256 GB / 512 GB / 1 TB
Batareya 3900 mAh – 4700 mAh – 5000 mAh
Əsas kamera 50MP – 50MP – 200MP
Ümumiyyətlə, Galaxy S24 Ultra-nın 2024-cü ilin fevral ayında baş tutacaq təqdimatda nə qədər innovativ olacağını görəcəyik . Texnologiya dünyasında hər bir yeni məhsul çox gözlənilən yeniliyi gətirir.