Saytın sürəti nə üçün önəmlidir?

Saytın sürətini artırmaq üçün məsləhətlər

Saytın sürəti nə üçün önəmlidir?

SEO ilə reklama pul xərcləmədən axtarış sistemlərindən traffik (müştəri) əldə etmək istəyirsizsə ilkin olaraq saytın sürətini tənzimləməlisiz. Saytınıza daxil olanların 95% i 3 saniyə ərzində sayt açılmazsa saytınızı tərk edəcəklər ki, buda "hemen çıkma oranı" faizini artıracaq. Bu isə axtarış sistemlərində geriləmənizə və ilk səhifədən itmənizə gətirib çıxardacaq. 
Saytın sürəti nə üçün azalır?
Saytın sürətinə təsir edən amillər digər tərəfdən SEOnun əsas kriteriyalarındandır. Yəni, həm sürəti salmaqla yanaşı həmdə birbaşa əks təsirlər göstərillər. Aşağıda bu kriteriyaları göstərəcəm.
1) Hostinginiz
Hostinginiz saytınızın beynidir, çalışın hosting seçimi edən zaman sürətli hosting seçəsiniz. Və əlavə olaraq saytınızın dilinə uyğun lokasiyalı hosting seçin. Məsələn saytınız türkcədir və türk istifadəçilərini saytınıza çəkmək istəyirsinizsə lokasiyası türkiyə olan turhost kimi şirkətlərdən hosting alın.

2) JavaScript (.js) və Css faylları.
Əksəriniz java və css fayllarınızı header bölməsinə yerləşdirirsiniz. Buda saytın "ilkin görünüm" vaxtını uzadır. Bu ziyandır!
Əlavə olaraq faylların ölçüləri böyük olur ki, yüklənmə sürətini artırır. Saytın sürəti zəiflədir, Ziyandır! Bəs nə etməli?
Fayllarınızın həcmini maksimum azaldın,CDN istifadə edin
3) Şəkil faylları.
Əksəriyətiniz şəkilləri olduğu kimidə atırsız sayta. Saytınızın sürətini qat qat aşağı salırsınız. 
- Bəs necə etməlisiniz?
1. Şəkillərin həcmlərini bacardığınız qədər endirməyə çalışın. 
2. LazyLoad istifadə edin
Və yenədə CDN istifadə etməyiniz məsləhətdir.

Müəllif: Tural Qasımov