Sevdiyi qız üçün həyatını verən oğlan

Bu hekayədə sevdiyi qız üçün canından keçən oğlandan bəhs olunur

Sevdiyi qız üçün həyatını verən oğlan

Günlərin birində bir birini çox sevən qız və oğlan motosikletin üzərində yüksək sürətlə hərəkət edərkən aralarında belə bir söhbət gedir.

  • Qız: Xahiş edirəm sürəti azalt, qorxuram!
  • Oğlan: Yox, çox əyləncəlidir.
  • Qız: Xahiş edirəm, xahiş edirəm sürəti azalt, qorxuram!
  • Oğlan: Onda məni sevdiyini söylə.
  • Qız: Səni çooox sevirəm, yavaş xahiş edirəm!
  • Oğlan: İndidə mənə möhkəm sarıl.
  • Qız: Oğlana möhkəmcə sarılır.
  • Oğlan: Başlığı al özün tax. Mənim başımı incidir.
  • Qız: Oğlanın başlığını çıxarıb öz başına taxır.

Sabahısı gün qəzetlərdə belə bir xəbər çıxır: Motosiklet qəzası...!!! Motosiklet əyləcin tutmaması nəticəsində binaya çırpılıb, ancaq iki nəfərdən bir nəfər sağ qalıb! Əslində isə qəza belə olub: Yolun yarsında oğlan əyləcin xarab olduğunu başa düşüb və bunu qıza bildirməyib. Bunun yerinə qızdan onu sevdiyini deməsini istəmiş və ona son dəfə sarılmasını istəmişdir. Sonra da öz ölümü bahasına qızın başlığı taxmasını və həyatda qalmasını təmin etmişdir. 

banner