Stresə necə qalib gəlmək olar?

Bildiyimiz kimi hazırki həyat şəraiti insanlar üçün çox stressli və çətindir. İnsanlar demək olar ki, həyatın hər anında stresslə üz-üzə qalırlar.

Stresə necə qalib gəlmək olar?

Bu stressli həyat şəraitinin nəticəsində bir çox psixoloji və fizioloji problemlər durmadan çoxalır və insan enerjisini parazit kimi yeyir. Ancaq bu problemlərin çoxluğu o demək deyil ki, biz stressə məhkum yaşamalıyıq.

Bəs onda insalar stressli həyat şəraiti ilə necə başa çıxılmalıdır ?
Gün ərzində stressimizi atmaq üçün bir neçə yoldan istifadə edə bilərik.

Bunlar aşağıdakılardır:

  • Hər hansı bir idman növü ilə məşğul olmaq. Məs: futbol oynayan insanların evə gəldikdə hər zamankindən daha rahat göründükləri, ailə üzvləri tərəfindən diqqəti cəlb edib. Buna səbəb oyun vaxtı onların qışqırmağı, diqqətlərinin oyuna yönəlməyi və qısa müddət də olsa, öz problemlərindən uzaqlaşmaqlarıdır.
  • Parkda oturmaq da stress atmaq üçün bir yol ola bilər. Siz gün ərzində 10-15 dəqiqə parkda oturub quşları, parkda əylənən uşaqları izləməklə beyninizin rahatlamasına və gərginliyinizin atılmasına köməklik göstərə bilərsiniz.
  • Bundan əlavə evdə ritmik bir musiqiyə qulaq asmaq, mahnı oxumaq, gülməli bir verlişə və yaxud filmə baxmaq da sizin stressinizi azaldacaq.
  • Bəzən insan güclü stress vaxtı nəisə atmaq, qırmaq və yaxud dağıtmaq ehtiyacı duyur. Bunun əvəzinə həmin vaxt dərindən nəfəs almaq və yaxud yerimizdə sürətli qaçma hərəkəti etmək gərginliyinizi çıxarmağınıza kömək edə bilər.

Müəllif: Aytən Hüseynzadə