Telefon asılılığın varsa bunu et
Telfondan ayrı qala bilmirsənsə telefon asılılığın varsa bu məqaləni oxumağınız tövsiyyə olunur.
Əslində telefon asılılığımız deyil, sosial şəbəkə asılılığımız var. Çünki internet olmayanda heç birimiz saatlarla telefonda vaxt keçirmirik, telefon bizə tetris kimi gəlir.
Bəs sosial şəbəkə asılılığından necə qurtulaq?
1.VAXT TƏYİN ET
Telefonun parametrlərindən hansı tətbiqə daha çox zaman sərf etdiyinə bax. Ən çox istifadə etdiyin tətbiqlərə vaxt limiti təyin et.
Məsələn, 10 dəqiqəlik limit təyin etsən, vaxt tamamında o sənə tətbiqi tərk etməyini xatırladacaq.
2.BİLDİRİŞLƏRİ BAĞLA
Sosial şəbəkələrin bildirişlərini bağla və yalnız lazım olanda daxil ol. Hər dəqiqə gələn bildirişlər səni o tətbiqə daxil olmağa vadar edir.
Sən daxil olmadığın vaxtda fövqəladə heç bir şey olmayacaq, əvvəl-axır hər şeydən xəbərin olacaq. Orada gördüklərinin heç biri önəmli deyil.
3.GÜNDƏLİK MƏHDUDİYYƏT
Vacib işlərini gördüyün zaman telefonu tamamilə kənara qoy.Məsələn, 2 saatlıq işin varsa, 2 saat boyunca telefona toxunmamaəı özünə söz ver.
Bu vərdişi qazansan, telefon asılılığından canını qurtarmaq daha asan olar.
Mənbə: Fəridə Fətəli