Aşiqlər hind filmi Azerbaycan dilinde

Aşiqlər filmi Cəsur ürək gəlini alar filmindən sonra Çopranın rejissorluq etdiyi ikinci layihədir. Filmin çəkilişləri Hindistan və İngiltərədə baş tutub

Aşiqlər Hind Filmi Azerbaycan Dilinde 

2000-ci ildə Hindistanda istehsal olunan romantika janrında olan "Aşiqlər" musiqili filmin rejissoru Aditya Çopradır. Bu film Cəsur ürək gəlini alar filmindən sonra Çopranın rejissorluq etdiyi ikinci layihədir. Filmin çəkilişləri Hindistan və İngiltərədə baş tutub. Altı gənc debütantın iştirak etdiyi filmin əsas rollarında Amitabh Baççan və Şahrux Xan yer almışdır. Ayşvariya Ray filmdə Xanın sevgilisi olaraq rol aldı. Musiqilərin müəllifi Çətin-Lalittə məxsusdur, sözləri isə Anand Baxşi tərəfindən qələmə alınıb. Aşiqlər filmi Baççan və Xanın birlikdə rol aldığı ilk film olduğundan bu filmə çox önəm verilirdi.

Süjet

Qurukul Universitetini Narayan Şankar (Amitabh Baççan) adlı bir inadkar idarə edir. O, 25 il universitet idarə edib və romantikaya hər cür olaraq qadağa qoyub—kimsə aşiq olarsa dərhal xaric olunacaq. Filmin əsas diqqəti hər üçüdə aşiq olmuş tələbələrin üzərindədir: Samir (Cuqal Hansrac), Viki (Uday Çopra) və Karan (Cimmi Şerqil). Samir onun uşaqlıq dostu Sancananı (Kim Şarma) sevir. Viki universitet yaxınlığından olan İşika (Şamita Şetti) adlı bir qıza aşiq olur. Karan isə qatar stansiyasındakı gördüyü Kiran (Priti Canqiani) adlı bir qıza vurulur. Düzdü onlar sevirlər, ancaq onlar qovulmaqdan qorxduqları üçün sevgi etiraf etməyə cəhd etmək istəmirlər.

Rac Aryan (Şahrux Xan) musiqi müəllimi kimi Qurukula qoşulur. O sevginin gücünə inanır—bu üç tələbənin aşiq olduğunu öyrənincə, onlara ürəklərini dinləməyə sövq edir. Bu da Qurukuldakı bir çox qaydalara öz təsirini göstərir. Narayan isə heç bir dəyişikliyi sevmir. Ancaq bu üç gənc hər şeyi gözə alaraq məhz sevgilərinə nail olmaq üçün cəhd edir. Samir Sancananın oğlan dostunun olduğunu öyrənir. İşika onu əldə etmək istəyən Vikini sevmir. Karan isə Kiranın öldüyü bilinən bir pilotla evli olduğunu öyrənir. Rac onlara xəyal qırıqlığına uğramamağı deyər və onları şanslı hesab edər. Çünki Racın sevdiyi Meqha (Ayşvariya Ray) artıq dünyadan köçmüşdür. Rac tez-tez Meqhanın onun yanında olduğunu xəyal edər.

Rac tezliklə Qurukulda bir parti qurur və yaxınlıqdakı qızlar məktəbindən bir çox qız dəvət edir—Qurukulun hər tərəfinə sevgi yaymaq onun planının əsas hissəsidir. Bu dəyişiklik Narayan Şankarı qəzəbləndirir və dərhal Racın işdən qovulmasına qərar verir. Elə bu an Rac ona tam adının Rac Aryan Malhotra olduğunu söyləyir. Rac illər öncə bu universitetdə oxuduğunu və Meqhanı sevdiyi üçün burdan qovulduğunu deyir. O Meqha ki, Narayanın tək övladı idi. Rac xaric olunduğu üçün Meqha intihar edir. Rac bu hadisənin Narayan Şankarda dəyişiklik yaradacağına inanırdı, ancaq bu hadisə Narayanı daha da inadkar bir insana çevirdi. Rac ona bu Qurukula hətta Narayanın özünün belə uzaqlaşdıra bilməyəcəyi bir sevgi gətirəcəyini vəd edir. Bundan sonra sevgi (Rac) və qorxu (Narayan) arasında mübarizə başlayır. Ona görə də Narayan Racın Qurukulda qalmasına icazə verir.

Samir, Viki və Karan tezliklə sevdikləri qızların könlünü almağı bacarır—Rac bu an üçün döyüşün qalibi olur. Narayan isə asanlıqla təslim olmur, kimlərinsə Qurukul qaydalarını pozduğunu görsə həmin şəxsləri sıxışdırır. Üç tələbə qaydaları pozmağa davam edir və hətta digər tələbələrə də bunu təşviq edir. Narayan həmin üç tələbəni qovmağa qərar verir. Ancaq Rac Narayanı razı salmağa çalışır, məhz özünə görə bu şəxslərin qovulmasını istəmir. Rac həmçinin Narayana onun döyüşü uduzduğunu deyir. Çünki onu əvvəl qızı tərk etmişdi, indi isə onu Rac (Narayanı bir böyük olaraq hesab edərək) tərk edir. Narayan məhz Racın bu sözlərilə səhv etdiyini anlayır. Və o hər kəsin qarşısında üzr istəyir və Raca hər şeyi yenidən ələ almağa icazə verir. Elə Racın sayəsində Qurukul içərisi sevgiylə dolan bir universitetə çevrilir. Sonunda Rac, Narayan və Meqha xoşbəxt şəkildə Qurukulun qapılarına doğru irəliləyir.

Paylaş