Bakcell ayliq internet paketleri
Bu meqalemizde cinde ayliq internet paketləri haqqında məlumatlar aktiv və deaktiv etmek qaydası qeyd olunub

• Məlumatlar Yeniləndi 03.09.2025
Ölkənin ən sürətli mobil şəbəkəsi olan Bakcellde aylıq internet paketləri neçəyədir? Necə aktiv etmək olar? Necə deaktiv etmək olar?
Paket 1
8.99 AZN-lik internet paketinin həcmi 3 GB-dır. Aktivləşdirmək qaydası: *444*3# yes kodunu yığın.
Paket 2
11.99 AZN-lik internet paketi üçün *444*6# yes kodunu yığın. Paketin həcmi 6 gb-dır.
Paket 3
18.99 AZN-lik paketə 13 gb daxildir.
Paketi aktivləşdirmək üçün *444*13# yes kodunu yığın.
Paket 4
28.99 AZN-lik internet paketinə 31 gb daxildi. Aktivləşdirmək üçün *444*31# yes kodunu yığın.
Paket 5
38.99 manatlıq paketə 56 gb daxildi. Aktivləşdirmək üçün *444*56# yes kodunu yığın.
Burda qeyd olunan bütün internet paketleri 28 günlükdür.
"İnternet paketinin balansını yoxlamaq" üçün *444# yes kodundan istifadə edin.
İstənilən "aylıq paketi ləğv etmək" üçün *444#0# yes kodunu yığın.
Ətraflı:
• İnternet paketi üzrə istifadə limiti və ya müddət bitdikdə, internet xidmətinin göstərilməsi dayandırılmayacaq və istifadə mövcud tarif planına uyğun olaraq hesablanacaq.
• İstifadə müddəti başa çatdıqdan sonra balansda kifayət qədər vəsait olduğu halda paket avtomatik yenilənəcək.
• Paketlərin avtomatik yenilənməsinin qarşısını almaq üçün istifadəçi paketi deaktiv etməlidir.
•Aktiv internet paketi deaktiv edildikdə və ya digər internet paketi aktivləşdirildikdə, mövcud paketin istifadə müddəti bitənədək qalıq internet trafiki istifadədə qalacaq.
• Balansda abunə haqqını ödəmək üçün kifayət qədər vəsait olmadıqda internet paketi deaktiv olunmayacaq. Balans artırıldıqda, abunə haqqı avtomatik olaraq çıxılacaq.
• Paket üzrə istifadə müddəti başa çatdıqda, mövcud qalıq internet silinəcək.
Əlavə çətinliyiniz olarsa rəy bölməsinə yaza bilərsiniz.
salam mən klass 6 aylıq paketi deaktiv etmək stoplatmaq istəyirəm ancaq bu emeliyyat yerinə yetirilə bilməz deyir.
Aylıq 5 qb götürürdüm indi necə edək.
Digər paketlərdən birini seçə bilərsiniz.
Aylıq 500 mb internet necə götürmək olar? Qaydalar dəyişib əvvəlki qaydada götürmək olmur. 3AZN-lə 500 mb götürmək olurdu əvvəl. Təzə qaydanı deyə bilərsiz zəhmət olmasa?
Köhnə kodlar yenisi ilə əvəzlənib. Dediyiniz paket artıq mövcud deyil. Yeni paketlər məqalədə qeyd olunub.
50 gb interneti goturmey olmur
Paketlər dəyişib. Məlumatları yenilədim
Salam. Bilmək istərdim 3 man internet paketinə qoşulduqa telefon xəttində açılır
Salam Lalə xanım. Balansdakı mövcud 3 manatla internet paketinə qoşulmaq mümkün deyil. 3 azn nömrənizə yüklədiyiniz zaman nömrənin xətti açılır və bu halda 3 manatlıq paketə qoşula bilərsiniz.
Salam. istəmədən mənim internet paketim 89 qəp.olan internet paketinə qoşulur.amma mənim öz internet paketim var.həmisə onu istifadə edirəm.89qəp olan paket mənə sərf etmir .necə ləğv edə bilərəm?yaxud ləğv etsəm o bir paketim ləğv olunmaz?