Əlvida London

Əlvida London 2007-ci ildə Vipul Amrutlal Şahın rejissorluğu və prodüserliyi ilə çəkilmiş olan Hindistan romantik filmidir. Filmi Azərbaycan dilində saytımızda izləyin.

Baş rolları Rişi Kapur, Akşay Kumar, Katrina Kaif, Nina Vadia, Cavid Şeyx, Upen Patel və Kliv Standen canlandıran bu bu film əslində Kumarın dostunun real həyat hekayəsinə əsaslanır. Riteiş Deşmux filmdə kamo rolunda görünmüşdür.

Əlvida London 23 mart 2007-ci ildə buraxılmış olan film rejissorun işi, filmin ssenarisi və saundtreki baxımından müsbət rəylər əldə etmişdir. Xüsusən də Akşay Kumarın ifa etdiyi rol çox bəyənilmişdir. Himeş Reşmaniyanın bəstələmiş olduğu musiqi albomu da olduqca çox bəyənilmiş və bu albomdakı mahnılar Çartbuster hitlərinə çevrilərək musiqi siyahılarında ən yüksək zirvələrdə yer almışdır. Film, həm də dünya üzrə 71,40 milyon kror (₹) gəlir əldə edərək, 2007-ci ilin doqquzuncu ən çox gəlir gətirən hind filmi olmuşdur. Filmin müvəffəqiyyət qazanması, 2007-ci ilin yanvar ayında nümayiş etdirilən "Salam məhəbbət" filminin buraxılışından sonrakı uzunmüddətli kassa müvəffəqiyyətsizliklərinə də son qoymuşdur.

53-cü Filmfare Mükafatlarında Əlvida London filmi 1 nominasiya üzrə - Ən Yaxşı Aktyor Akşay Kumar nominasiyası üzrə mükafat almışdır.

Bir neçə film tənqidçisi isə bu filmlə Manoj Kumarın 1970-ci ildə çəkmiş olduğu Purab Aur Paschim filmi arasında oxşarlıqları qeyd etmiş olsa da, rejissor bu filmin remeyk olmadığını bildirmişdir

Paylaş