Evdə tək Azərbaycanca tam versiya

Evdə tək 1 Azərbaycan dilində izlə

Prodüseri Con Hyuz və rejissoru Kris Kolumbus olan filmin baş rollarında Makaley Kalkin, Co Peşi, Deniel Ştern, Con Herd və Ketrin O'Hara çıxış edir.

Evdə Tək Filmin Məzmunu

Piter və Keytin evində toplaşan MakKallister ailəsi Milad bayramını Fransa paytaxtı Parisdə keçirməyə hazırlaşır. Bu iki valideynin ən kiçik uşağı Kevin böyük qardaş və bacıları — Baz, Ceff, Meqan və Linni tərəfindən ələ salınır və şam yeməyi zamanı Bazla dalaşdığı üçün çardaqda yatmağa göndərilir, yatandan əvvəl isə Keytə ailəsinin olmamasını arzu etdiyini bildirir. Gecə vaxtı məhəllədə işıqlar sönür və zəngli saatların hamısı sıfırlanır. Gec ayılan MakKallister ailəsi tələsik halda hava limanına yola düşür.

Qarışıqlıq nəticəsində Kevin evdə unudulur və yuxudan ayılanda evi boş görür, bununla da yatdıqdan əvvəl dilədiyi arzunun reallaşdığını zənn edir. Əvvəl "azadlığının" dadını çıxaran Kevin daha sonra şayiələrə görə seriyalı qatil olduğu deyilən qonşu Marleyi görür və bu onu qorxudur.

Bu ərəfədə isə Harri və Marv adında və ləqəbi "yaş quldurlar" olan iki quldur qonşuluqdakı evləri soymaq üçün nəzərdən keçirir. İkilinin özünəməxsus imzası var, belə ki, Marv evdən çıxandan əvvəl su kranlarını açıq qoyur, beləcə evi su basır.

Keyt oğlunu evdə qoyduğunu təyyarədə öyrənir və Parisdə eniş etdiyi an yenidən Çikaqoya qayıtmağa çalışır. Amma Çikaqoya ən yaxın uçuş 2 gün sonra olduğu üçün bunu edə bilmir. Sonda Amerikaya digər bir uçuş tapan Keyt burda polka qrupu başçısı Qus Polinski ilə tanlş olur. Milokiyə gedən Qus Keytə onu da evə aparmağı təklif edir və Keyt bunu qəbul edir.

Milad ərəfəsində Kevin qonşuluqdakı Santa-Klaus obrazının yanına gedir və ondan ailəsinin evə qayıtmasını xahiş edir. Daha sonra Harri və Marvın onun evini soymağa hazırlaşdığını öyrənir və həmin gecə kilsədə qonşu Marley ilə qarşılaşır. Marley ona haqqında olan şayiələrin doğru olmadığını və kilsəyə xorda oxuyan nəvəsini görməyə gəldiyini bildirir, belə ki, oğlu ilə arası yaxşı olmayan Marley nəvəsini yalnız kilsədə görür. Kevin Marleyə oğlu ilə əlaqə qurmağı təklif edir.

Evə qayıdan Kevin oğruların qarşısına çıxmağı qərara alır və evi tələlərlə doldurur. İki oğru cürbəcür zədələr aldıqdan sonra Kevin polisi çağırır evdən qaçır. Oğruları qonşu evə cəlb etməyə çalışan Kevin burda ikilinin əlinə keçir. Harri və Marv Kevindən necə qisas alacaqları ilə bağlı plan qurarkən qonşu Marley onları qar kürəyi ilə yerə sərir. Polis hadisə yerinə çatır və oğrulara bildirir ki, onların "imza"sı polislərə ikilinin soyduğu evlərin siyahısını tərtib etməkdə yardımçı olub.

Milad günü yuxudan ayılan Kevin arzusunun gerçək olmadığını görür. Amma növbəti an Keyt maşından düşür və evə gəlib Kevinə qovuşur. Gözlənilmədən ailənin digər üzvləri də evə həmin anda çatır, belə ki, onlar Çikaqoya daha tez uçuş tapmışdılar. Filmin sonunda Kevin pəncərədən baxır və qoca Marleyin oğlu ilə barışdığını görür.