Kapital bank kartında blokun açılması
Bu məqaləmizdə Kapital bank kartını blokdan çıxarılması, 3d secure xidmətinin blokdan çıxarmaq və aktiv etmək haqqında məlumatlar yazacam. Yazılı və Şəkilli izzah
Dostlar əsasən kart məlumatlarını yanlış daxil edərkən bəzən kartımız bloklanır. Bu bloku aradan qaldırmaq üçün Kapital bankın təqdim etdiyi birbank tətbiqindən istifadə edəcəyik.
İlk öncə birbank tətbiqinə daxil oluruq. Sonra block olunmuş kartımızın üzərinə blocked yazılmış olacaq həmin kartın üzərinə tıklayırıq.
Daha sonra aşağı hissədə blokdan çıxarmaq yazısı görəcəksiniz.
Həmin yazıya tıklayıb blockdan çıxarılmanı OK edərək təsdiq edirik. Artıq kartımız blokdan çıxarılmış olacaq.
3d secure Kapital bank & Your tokens are blocked
Dostlar ilk öncə 3d secure xidməti haqqında bilməyənlərə qısa məlumat verim.
Bu xidmətin məqsədi əsasən dələduzlar tərəfindən kartın internetdə istifadəsinin qarşısını almaqdı. Eləki kartdan istifadə zamanı "3d secure" xidmətini aktiv edərkən qeyd etdiyimiz mobil nömrəmizə dörd rəqəmli birdəfəlik kod gedir. Hər dəfəsində fərqli kod göndərilir. Kodu daxil edərək ödənişi həyata keçirən şəxsin siz olduğunuzu təsdiq edirsiz.
Əgər "3d secure" kodu səhfən vəya bilərəkdən bir neçə dəfə səf daxil edilərsə xidmət avtomatik bloklanır. 3d secure xidməti block olunan kartla ödəniş etmək istədikdə ekrana belə bir yazı gəlir. Your tokens are blocked
"3d secure xidmətininin blockdan çıxarılması" zamanı yenədə birbank tətbiqindən istifadə edəcəyik.
Birbank tətbiqinə daxil oluruq. 3d securie xidməti hansı kartımızda block olunubsa həmin kartımızın üzərinə tıklayırıq.
Aşağı hissədə sağ tərəfdə daha çox yazısını görəcəksiniz.
Həmin yazıya tıklayıb ekranı aşağı hissədən tutub yuxarı hissəyə sürüşdürük.
Açılan menuda orta hissədə "3D Secure" yazısı görəcəksiniz.
Həmin yazıya daxil oluruq.
Daxil olduqdan sonra qarşımıza "3D Secure"
xidmətinə bağlı olan mobil nömrənizi görəcəksiniz. Nömrənin sağına bloklanıb yazısı olacaq. (Yuxarı hissədə)
3D Secure xidmətini blokdan çıxarmaq üçün həmin hissəyə tıklayıb Blokdan çıxart yazısına tıklayaraq əməliyyatı təsdiq edirik. Artıq kartımız "3d secure" blokundan azad olunmuşdur.
Qeyd: məlumatlardan istifadə edərkən istinad link verilməlidir!
Müəllif: Nazim Əzimzadə
Buloklanib
Blokdan cixardma kartim
Necə çıxardım kartim blokdan
Salam,birbank hesabım bloklanıb,necə aktiv edə bilərəm banka getmədən?Şifrəni yanlış daxil etmişəm,ümiyyətlə birbank açılmır,hesab bloklanıb qeyd olunur.Kömək etsəniz minnətdar olaram
Aleykum Salam. Əvvəlki şərhimi oxuyub əməl edin əgər alınmasa 196 ya zəng edib operatora qoşulub ona deyin aktiv etsinlər. Şəxsiyyət vəsiqəniz yanınızda olsun.
Salam birbank debet kartin birbankin tetbiqine elave edende yalnisdar olub ve kart bloka dusub onu nece blokdan cixartmaq olar?
Aleykum Salam. Kartı sifariş verən zaman təqdim etdiyiniz mobil nömrə ilə 196-ya zəng edin o zaman sizə deyilən rəqəmləri seçin. Operatora qoşulmadan kartı aktiv edəcəksiniz.
Blokdan cixmasi