Dönmək qadağandır 4

Dönmək qadağandır 4: qanlı başlanğıc — 2011-ci ildə çəkilmiş qorxu, kriminal janrlı ABŞ filmi, "dönmək qadağandır" film silsiləsinin davamıdır.

Bir qrup gənclər soyuq və güclü qarlı bir havada gəzintiyə çıxırlar. Lakin gecə yollarını itirirlər. Anidən gözlərinə bir qaraltı dəyir və ora gedirlər. Bura bir vaxtlar qəribə görünüşlü və qeyri adi insanların saxlanıldığı xəstəxanadır. Soyuq havada gənclərin burada gecələmələrindən başqa bir yol yoxdur. Lakin bilmirlərki hələ də bəzi məxluqlar buradadır və onları böyük bir təhlükə gözləyir.

Səhər dostarından biri yoxa çıxır. Onu axtaranda isə burada tək olmadıqlarını anlayırlar. Bu məxluqlar isə onların ora gəldiyi motosikletlərini yararsız hala salaraq oradan qaçmaqlarını da əngəlləyiblər. Köhnə, yararsız və dəhşətli məxluqların yaşadığı xətəxanaya məhkum olan gənclər oradan qaçmağa çalışana qədər o məxluqlar onları bir-bir öldürəcək. Buradan kimin yada kimlərin sağ çıxacağı isə məlum deyil.

Paylaş