İrəli Hindistan 2007

2007- ci ildə Rejissor Şimit Amin tərəfindən çəkilmiş İrəli Hindistan filmi saytımızda Azərbaycan dilində dublyajda pulsuz izləyin.

Bu filmin əvvəli Hindistanın Dehli şəhərində keçirilən Hokkey üzrə Dünya Kuboku yarışının son dəqiqələri ilə başlayır. Oyun Pakistan və Hindistanın kişilərdən ibarət hokkey üzrə komandaları arasında aparılır. Pakistan 1:0 hesabı ilə irəlidə olan zaman oyunda qayda pozuntusu baş verir və penalti təyin edilir. Penaltini yerinə yetirməyi Hindistan komandasının kapitanı, hokkey üzrə super ulduz Kəbir Xan öz üzərinə götürür. İş elə gətirir ki, Kəbirin zərbəsi nəticəsində top qapının azacıq üstündən keçir və bunun nəticəsində Hindistan yığma komandası oyunda məğlub olur. Çox qısa zamanda Hindistanın bütün mediyası bunu başqa cür qələmə verir. Onlar Pakistan yığma komandası qalib gəlsin deyə son anda Kəbirin bilə-bilə topu qapının üstündən vurduğunu qeyd edirlər. Hindistanda hər kəs Kəbiri vətən xaini hesab etməyə başlayır. Hətta iş o yerə gəlib çatır ki, Kəbirin qonşuları onu və birgə yaşadığı anasını həmin məhəllədən qovurlar.

Bu hadisənin üstündən 7 il keçir. Artıq Hindistanın zəif də olsa qadınlardan ibarət hokkey üzrə yığma komandası var. Lakin bu komandanın məşqçisi yoxdur. Kəbir Xan 7 ildən sonra olsa da "vətən xaini" olmadığını sübut eləmək üçün həmin komandanın məşqçisi olmağa razılıq verir. Kəbirin məqsədi nəyin bahasına olursa olsun, Hindistanın qadınlardan ibarət hokkey komandasına Dünya Kubokunu qazandırmaqdır.

Kəbir Xan bu çətin işin öhdəsindən gələrək kuboku öz ölkəsinə – Hindistana gətirir. Filmin sonunda bir vaxtlar onu anası ilə birlikdə məhəllədən qovan qonşular Kəbiri yenə də anası ilə birlikdə qəhrəman kimi qarşılayırlar.

Paylaş