Mumbayda gəzməli yerlər

Hindistanın liman şəhəri olan Mumbaya səfər etmək istəsəniz bu məqaləni oxumağınız tövsiyyə olunur. Bu məqalədə Mumbayda gəzməli görməli yerlər haqqında məlumatlar qeyd olunub.

Mumbayda gəzməli yerlər

Dünyada əhalisi çox olan şəhərlərdən biri də Mumbaydı. Şəhər Hindistanın iqtisadi mərkəzi hesab edilir və dünyada məşhur fil studiyası olan Bollivudun vətənidir. Mumbay nəqliyyat xətlərinin kəsişdiyi şəhər olub, özündə çoxlu sayda universitet, muzey, teatr və qalereyaları cəmləşdirir. Mumbaya səyahət etmək istəsəniz bu məqalə tam sizin üçündü.

Mumbayda Ziyarət Ediləcək Yerlər

 Gateway of India

 Elephanta Mağaraları

 Marine yolu

 Dharavi gecəqonduları

 Dobi Ghat

 Kolaba

 Chhatrapati Shivaji Terminalı

 Jain Temple

 Oval Meydan

Gəziləcək Yerlər haqqında

 Gateway of India

Bu , İngiltərə kralının 1911-ci ildə Mumbaya səfərinin xatirəsinə ucaldılmış abidədir. Abidənin düz arxasında məşhur Tac Mahal oteli yerləşir. Bu, Mumbayın ən çox turist cəlb edən yerlərindən biridir və şəhər turu adətən buradan başlayır.

 Elephanta Mağaraları

YUNESKO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil edilmiş Elephanta Mağaraları; yəni Fil Mağaralarında qədim və tarixi məlum olmayan fiqurlar var. Hindu fiqurları və fil rəsmləri ilə bəzədilmiş bu mağaraların yerləşdiyi adaya çatmaq təxminən 1 saat çəkir. Bu məkanı təxminən 2 saata ziyarət edə bilərsiniz. Adada çoxlu meymunlar da var. Hinduların üç böyük tanrısından biri olan Şivanın heykəli də burada yerləşir.

 Marine yolu

Mumbai Sahil Yolu xüsusilə gecə mənzərəsi ilə çox xoş bir yerdir. İnsanlar uzun sahil boyunca yürüyüşə çıxır,idmanla məşğul olurlar.Dənizə yaxın sahillərdə lüks evlər və dəbdəbəli villalar yer alarkən,arxa planda isə səfalət tüğyan edir.

 Dharavi gecə qonduları

Mumbayda iki fərqli həyat var. Bir tərəfdən zəngin və möhtəşəm həyat, digər tərəfdən səfalət.Dünyanın üçüncü ən böyük gecəqondu qəsəbəsi olan Dharavi gecəqondularını ziyarət etmək üçün xüsusi turlar təşkil edilir. Bura həmdə mükafat qazanmış “Slumdog Millionaire” filminin də çəkildiyi yerdir.

 Dobi Ghat

Hindistanın digər tərəfinə səyahət sizə maraqlı gəlirsə, Dharavidən sonra dünyanın ən böyük açıq hava camaşırxana sahəsi olan Dobi Ghat'a da gedə bilərsiniz. Otel və xəstəxana kimi ictimai yerlərdən yığılan çamaşırlar burada yuyulur. Camaşırxana bölmələri otaq otaq tikilmişdir.

 Kolaba

Mumbayın ən turistik yerlərindən biri də Kolobadır. Kafe, restoran və küçə satıcılarının görüş yeri olaraq bilinən Kolabada alış-veriş üçün də müxtəlif fərqli mağazalar var.

 Chhatrapati Shivaji Terminalı

YUNESKO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil edilmiş möhtəşəm vağzal binasıdır.Qatara minməsəniz belə, binanın gözəlliyini görmək üçün terminala baş çəkə bilərsiniz.

 Jain Temple

Hindu məbədini görmək istəyirsinizsə, Jain məbədini ziyarət edə bilərsiniz. Buraya ayaqqabı ilə girməyə icazə verilmir. İçərisində müqəddəslərin portretlərinin olduğun məbəddə,tur zamanı səssiz qaldığınız müddətcə rituallara baxmağa izin verə bilərlər.

 Oval Meydan

Oval Meydan Hindistanda kriket oyunçularının görüşdüyü yerdir. Rəcəbai Saat Qülləsi də meydanda yerləşir. Qüllə 19-cu əsrin qotika memari üslubunda inşa edilmişdir.

Paylaş