Məhəbbət coşqusu 2000
Film Hindistanda fəaliyyət göstərən iki quldur dəstənin düşmənçiliyindən bəhs edir. Bundan əlavə dəstə başçılarının birinin qardaşı düşmən dəstəsinin başçısının bacısına aşiq olur...
Filmdə hadisələr bir biri ilə ədavətdə olan iki quldur dəstəsinin fəaliyyətdə olduğu kiçik Hindistan şəhərində baş verir. Onlardan birinin başçısı Maks Diaz olur. Digəri isə Maksın düşməni Prakaş Şarmanın başçılıq etdiyi dəstə olur. Günlərin birində Mumbayda 2 il işləyib geri dönən Rahul, qardaşı Prakaşa baş çəkmək üçün yanına gedir Doğma şəhərində Şirli adında son dərəcə cazibədar qadına ilk baxışdan aşiq olur. Şirli ona bu sevgidə qarşılıq versə də, tezliklə Rahul onun qardaşının keçmiş düşməni Maksın bacısı olduğunu öyrənir. Ailələr arasındakı düşmənçiliyə rəğmən onlar gizli şəkildə görüşməyə davam edir. Cütlüyün bu münasibətləri nə vaxta qədər sirr saxlaya biləcəyini bilmək üçün filmi izləməniz tövsiyyə edilir.
Salam
Aleykum Salam