Milyonçu hind filmi Azerbaycan dilinde

2008-ci ildə çəkilmiş Hindistan filmi olan Xarabalıqdan Çıxmış Milyonçu

Xarabalığı xatırladan yoxsullar məhəlləsində yaşayan Camal Malik təhsili olmayan 18 yaşlı bir gəncdir. Uşaqlıqdan bəri ən böyük arzusu kasıbçılıqdan qurtulmaq, ailə səadəti tapmaq olub. Günlərin bir günü “Kim Milyonçu Olmaq İstəyir” intellektual teleoyununun iştirakçısına çevrilir. Oyun zamanı hamının savadsız bildiyi Camal Malik öz geniş dünya görüşü ilə həmvətənlərini mat-məttəl qoyur. O qələbə qazanıb, milyonçuya çevrilə bilər. Zəfərin bir addımlığındadır. Ancaq teleproqramın rəhbərliyi nədənsə ondan şübhələnməyə başlayır və dindirilməsi üçün polisə təhvil verir. Fırıldaqçı olmadığını sübut etmək üçün Malik həyat hekayəsini müstəntiqə olduğu kimi danışmağa məcbur olur - əvvəldən –axıra kimi...

banner