Qacirilmamis Gelin Azerbaycan Dilinde full izle

Film 20 Oktyabr 1995-ci ildə tamaşaçılara təqdim edilmişdir. Baş rolda Bollivudun ən gözəl cütlüyü olan Şahrux Xan və Kacol yer almışdır. Filmin çəkilişləri Hindistan, London və İsveçrədə baş tutub.

Bollivudun ən uğurlu və gəlirli filminə çevrilən "Qaçırılmamiş Gəlin" (DDLJ) 1996-cı il mükafatlar mövsümündə o vaxta qədər heç bir filmin qazanmadığı 10 Filmfare Award mükafatını və üstəlik National Award mükafatını qazanmaqla ilin ən gözəl filmi seçilmişdir.

Film həmçinin Hind kino tarixinin ən uzun müddətli filmi olmaqla növbəti rekorda imza atıb. "Dilwale Dulhania Le Jayenge"  bu günə kimidə Bollivud filmləri sırasında öz baxımlı və uğurlu yerini qorumaqdadır.

Film İngiltərədə yaşayan Rac Malhotra və Simran Sinq adlı 2 Hindistanlı gəncin hekayəsindən bəhs edir.

Simranın tanımadığı birilə evlənməmişdən qabaq, Avropayı görmək üçün çox ağır xasiyyətə malik olan atasından izin istəyir və razı salır. 

Rac isə yüksək qiymətlərlə məzun olmuş dostları ilə birlikdə Avropa səyahətinə gedər və Simranla qarşılaşar. Başlarına gələn bir çox hadisələrdən sonra Rac Simrana aşiq olur. Simran isə Racı sevdiyini məhz ondan ayrılandan sonra hiss edir. 

Simran evə qayıtdığında anasına səyahətdə başqa biri ilə tanış olduğunu və ona aşiq olduğunu və Atasının dediyi Kulcitlə evlənmək istəmədiyini deyər. Bunları eşidən atası Simrana olan güvəninin boşa çıxdığını görər və qısa bir vaxtda Hindistana qayıdar. 

Rac isə tez təslim olmaq istəmir və Simranın arxasınca Hindistana gəlir. Rac Simranı tapıb onu bu evlilikdən qurtaracağını, məhz atasının icazəsilə onunla evlənəcəyini deyir. Eyni zamanda Rac onu qaçırmaqdan imtina edir, çünki bu evliliyin hər kəs tərəfindən qəbul edilməsini və bununla xoşbəxt olmağını istəyir...

Xoş İzləmələr

Paylaş