Şəhid Nail İbrahimli

Şəhid İbrahimli Nail Nəriman oğlu​ haqqında

Şəhid Nail İbrahimli

Nail İbrahimli 1994-cü il martın 4-də Oğuz rayonunun Xaçmaz kəndində anadan olub. 2000-2011-ci illərdə şəhid Vüqar İbrahimov adına 2 nömrəli tam orta məktəbində oxumuşdur. Nail İbrahimli 2012-2013-cü illərdə həqiqi hərbi xidmətdə olmuşdur. Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Nail İbrahimli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə, Qubadlı uğrunda gedən döyüşlərdə, Zəngilan uğrunda gedən döyüşlərdə və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nail İbrahimli noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub. Oğuz rayonunun Xaçmaz kənd Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Nail İbrahimliyə "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nail İbrahimli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Nail İbrahimli ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Reaksiyanız necədir?

like

dislike

love

funny

angry

sad

wow