The Equalizer Azerbaycan dilinde

The Equalizer filmində keçmiş xüsusi təyinatlı Robert MakKoll normal və sakit həyat yaşamağa başlamaq istəyir lakin yaşanan hadisələr buna imkan vermir.

Dünyanın ən qaynar nöqtələrində çətin tapşırıqlar yerinə yetirmiş keçmiş xüsusi təyinatlı Robert MakKoll xidməti başa vurduqdan sonra normal və sakit həyata başlamağı qərara alır.

Əlinə bir daha silah götürməyəcəyinə söz verir. Yeni həyata uyğunlaşmağa başladığı əsnada dolanmaq üçün pis yola düşən azyaşlı qızla tanış olur. Qıza əvvəl yazığı gəlir, ancaq sonradan onunla dostlaşır.

Habelə günlərin bir günü qızı quldur dəstənin üzvləri onun gözləri qarşısında döyüb naməlum istiqamətə aparırlar. Qızın axtarışı zamanı rus mafiyasının üzvləri və pula satılmış xüsusi xidmət orqanının əməkdaşları ilə üz-üzə gəlir. Artıq geriyə yol yoxdur. Haqqın öz yerini tapması üçün vədini pozmaq məcburiyyətindədir.

banner