Andlar və vədlər 1978
Film kollecdə müəllim işləyən Amitin ölümündən sonra qardaşı Racunun bu hadisədən çox sarsılaraq yeni bir həyata başlamasından bəhs edir
Kollecdə müəllim işləyən Amit tələbələr arasında baş verən davaların birində dünyasını dəyişir. Bu ölümün səbəbkarı kollecdə oxuyan qardaşı Racudur. Qardaşının bu ölümü Racunu çox sarsıdır. Özünü qardaşının sevgilisi qarşısında günahkar bilən gənc bu itki ilə barışa bilmir. Yeni həyata başlamaq qərarına gəlir və qarajda işləməyə başlayır. Günlərin birində ölən qardaşına yarıya bölünmüş alma kimi oxşayan oğru Şankerə rast gəlir. Racu onu bu yoldan çəkindirmək niyyətinə düşür. O Şankeri həyat tərzini dəyişməyə, keçmişindən əl çəkməyə, hörmətli və vicdanlı bir insana çevrilməyə sövq edir.