Azərbaycandan vizasız gedə biləcəyiniz 5 ölkə

Viza olmadan xarici ölkələrə getmək istəsəniz hansı ölkələrə gedə bilməyiniz üçün bu məqaləni oxumaqda sizə böyük fayda ola biləcəyini düşünürəm.

Azərbaycandan vizasız gedə biləcəyiniz 5 ölkə

Vizasız xarici ölkələrə  səyahət etmək üçün  5 möhtəşəm ölkə ilə tanış ol! 

1. Malayziya  - Asiyanın incisi

Asiyada Azərbaycan vətəndaşlarından "viza istəməyən"  asiya ölkələrindən biri də, Malayziyadır. Malayziya cənubi Asiyanın mərkəzində yerləşən olduqca rəngli və cəlbedici bir ölkədir. Tər-təmiz, göz-qamaşdıran çimərlikləri, ekzotik adaları, zəngin və mədəni mirası, fərqli fauna və flora ilə yanaşı, dünyada səviyyəli müasir turizm və tətil seçimləri təklif edən ölkələrdəndir. İl boyu tropik iqlimə hakimdir və Filippin, Tailandla müqayisədə Cənubi Asiyanın ən yaxşı turistik yerlərindəndir

2. Mərakeş  - Şərqin mistik dünyası

Gəzməyə, görməyə dəyər ölkələrdən biri də Mərakeşdi.  Bu ölkənin insanları çox mehriban insanlardır. Tarixidir və hər şəhəri digərindən çox fərqlənir həm təbiətinə, həm arxitekturasına, həm də tarixinə görə. Qiymətlər deyilən qədər ucuz deyil

3. Monteneqro  - Avropanın sirri açılmamış sahilləri

Aktiv istirahəti sevənlər üçün ölkənin 4 tərəfini gəzmək üçün may-iyun və sentyabr ayları uyğundur. Xidmətləri normal, qiymətlər isə çox baha deyil. 

4. Namibiya  - Afrikanın seyri vəhşi gözəllikləri

Namibiyada vəhşi təbiət, möhtəşəm mənzərə və müxtəlif mədəniyyətlərin unikal qarışığı var. Təbii görməli yerlər arasında dünyanın ən qədim səhrası olan Namib səhrası burada yerləşir. Vəhşi təbiət safariləri – Etosha Milli Parkı və digər parklar həm parkların daxilində, həm də yaxınlığında yüksək səviyyəli yaşayış yerləri ilə dünya səviyyəli safarilər təklif edir. 

5. Baham adaları - Tropik cənnət

Baham adaları Karib dənizində yerləşən müstəqil bir ada ölkəsidir. Ölkə 700-dən çox adadan ibarətdir və ümumiyyətlə möhtəşəm ağ qumlu çimərlikləri, aydın firuzəyi dənizi və tropik iqlimi ilə məşhurdur. Baham adaları ABŞ-ın cənub-şərqində, Floridanın şərqində və ABŞ-a çox yaxınlıqda yerləşir.

Siyahıda qeyd olunan 5 ölkəyə vizasız səfər edə bilərsiniz.

Hansı ölkəyə getməyinizdən aslı olmayaraq yolunuz açıq olsun!

Paylaş