Anhedoniya nədir?

Anhedoniya zövq almanın itməsidir. Bu, major depressiya, anoreksiya, şizofreniya və bir neçə formada görülə bilər.

Anhedoniya nədir?

Anhedoniya - zövq almanın itməsidir. Bu, major depressiya, anoreksiya, şizofreniya, parkinsonizm, maddə asılılığı və psixozda görülə bilər. Anhedoniya zamanı insan əvvəllər zövqlə və həyəcanla etdiyi məşğuliyyətləri artıq istəksizcə edər və ya etməz.

▪︎ Həyatımızdakı bir çox qərarları beynimizdə olan “ödül mərkəzi” vasitəsilə alırıq. Anhedoniya zamanı beynimizdəki bu mərkəzdə problem olduğu öyrənilmişdir. Həmçinin bu zaman bizdə dofamin, seratonin və QAYT dediyimiz hormonların miqdarının azalması da müşahidə olunur, hansıki bunlar həyatdan həzz almaq üçün lazım olan neyrotransmitterlərdir.

▪︎ Anhedoniyanın yaranma səbəbləri müxtəlif ola bilər: travmatik və ya stresli hadisə yaşamaq, diqqətsiz qalmaq, düzgün qidalanmanın pozulması, həyat keyfiyyətinin aşağı düşməsi, ciddi bir xəstəlik keçirmək və s.

▪︎ Anhedoniya zamanı ən böyük problemlərdən biri xəstənin müalicə almağa istəksiz olmasıdır. Müalicə ərzində düzgün həyat rejimi qurmaq, qidalanma rejiminə riayət etmək və başqa əyləncə proqramları xəstəyə daha da kömək edə bilər.

▪︎ Zövq almaq qüsursuz və xoşbəxt bir yaşamın ən təməl parçasıdır. Klinik olaraq da xoşbəxt insanların daha uzun yaşadığı, xəstəlik və stresin öhdəsindən daha rahatlıqla gəldiyi sübut olunmuşdur. Əgər sizdə və ya ərtafınızda belə narahatçılığı olan biri varsa, mütləq şəkildə həkim-psixiatra müraciət edib vaxtında müalicə olunması məsləhətdir.

banner