Hansı dəyərlər sizi yaxşı bir insan edər?
Yaxşı bir insan olmağın əxlaq normaları məlumdur. Bu maddələr dünyanı daha yaxşı bir yer halına gətirməyinizi asanlaşdıracaq.
Əsas davranış qaydalarının unudulduğu, insanların qazandığı pula görə dəyərləndirildiyi, uşaqların küçələrdə diləndirildiyi, qadına qarşı zorakılığın sürətlə artdığı, bir çox başqa sosial çöküşlərin yaşandığı bir həyatda yaxşı insan olduğunuzu haradan bilə bilərsiniz? Hansı əxlaq normaları standart hesab edilə bilər?
İnsan həyatına dəyər vermək
İnsan həyatına dəyər verməmək terrora və soyqırıma yol açar. Dünya miqyasında olan rejmlər istər müasir, istərsə də tarix boyu insan həyatına dəyər vermədikləri üçün minlərlə insanın ölümünə səbəb olmuşdur. Fərd olaraq siz hardasınız? Din, dil, irq və cinsiyyət ayırmadan hər bir insanın həyatına hörmət edirsinizmi? Doğru bir seçim olduğuna inandığınız şeyi etmək üçün güclü olmağınız gərəklidir.
Özünə hörmət
Özünə hörmət etmək eqoist və ya təkəbbürlü olmaq gəlməz. Özünüzə dəyər vermək və bu dünyada yalnız bir müddət daha qalacağınızın fərqində olmaq deməkdir. Pis vaxtlar keçirə biləcəyiniz hətta məğlubiyyətlərə uğradıqda belə yenidən ayağa qalxmağa hazır olmalısan. Bir başqası üçün öz seçim və dəyərlərinizdən imtina etməməlisiniz.
Uşaqların gələcəyinə dəyər vermək
Bu dəyərə sahib olan bir insan hamilə ikən siqaret çəkməyən ana qədər, uşaqların yanında pis danışmayan bir yad da ola bilər. Bu insan uşaqlara dünyanı anlamağa kömək etməyə çalışır; onların hər cür əqli, fiziki və mənəvi zərərlərdən qorumağa çalışırlar.
Yer üzünə hörmət edin
Yer üzü hər birimizin evi və ona yaxşı baxmaq hər kəsin borcudur. Yaxşı bir insan təbiətə hörmət etməli, onu qorumalıdır. Sadə ərazilərin təmizlənməsindən tutmuş təbii sərvətlərə zərər verən şirkətlərin boykot edilməsinə qədər hər zaman geniş fəaliyyət dairəsində fəal olmalıdır.
Fikirlərə hörmət etmək
Hər bir insanın özünə xas, xarakterinə özəl fikirləri var və yaxşı insanlar qarşısındakı eyni fikri bölüşməyəndə buna hörmət etməyə məcburdular. Heç kimi sizinlə eyni şəkildə düşünməsi üçün məcbur edə bilməzsiniz. Doğru və yanlış nisbidir.
Qarşınızdakına sizə necə davranılmasını istədiyiniz kimi davranın
İnsanlar bir-birlərinin sərhədlərinə hörmət etməlidirlər. Birinin sərhədi başladığı yerdə digərinin sərhədi bitir. Bu həqiqətin fərqində olmaq, pis gedən bir çox şeyi dəyişdirmək gücünə malikdir.
Xoşbəxt uşaq böyütməyin sirləri
Düzgün və xoşbəxt uşaqlar yetişdirmək üçün çox səy göstəririk. Buda xoşbəxt uşaq böyütməyin 10 yolu...