Oğuzun gəzməli yerləri
Oğuzda gəzməli yerlər, istirahət məkanları, restoranlar, otellər, otel qiymətləri barədə ətraflı məlumatlar
Azərbaycanın çox gözəl səfalı guşələrindən biri olan Oğuz rayonu Böyük Qafqazın cənub yamacında yerləşir. Son illərdə minlərlə insan səyahət etmək üçün Oğuzu seçir. Bölgəyə həmçinin xarici turistlərdə təşrif buyurur. Oğuz rayonu əsasən təmiz havasına gözəl mənzərəsinə görə seçilir.
Sizdə əgər istirahətinizi bu rayonda etmək istəyirsinizsə o zaman Oğuzun gəzməli yerləri, istirahət məkanları, restoranlar, otellər və otel qiymətləri ilə tanış olmağınızda fayda var.
İstirahət mərkəzləri və Otellər
▪︎ Qızılağac ailəvi istirahət mərkəzi
▪︎ Qızılağac Otel
▪︎ Farel Ailəvi istirahət Mərkəzi
▪︎ Xalxal Otel
▪︎ Baş Daşağıl Dağı
▪︎ Oğuz Dağları
▪︎ Heydər Əliyev adına Park
▪︎ Panorama Otel
▪︎ Qaynama Otel
▪︎ Afra Otel
▪︎ LT Otel (2 yerdə)
▪︎ Səma Otel
Qızılağac Ailəvi İstirahət Mərkəzi
Qızılağac ailəvi istirahət mərkəzi Qaraməryəm Şəki yolunun Oğuz rayonun Padar kəndindən keçən hissəsində əsas yolun kənarında yerləşir.
Qızılağac Otel
Təbiətin nəğməsini quşların dilindən dinləyə biləcəyiniz, təmiz havadan və heyrətamiz mənzərədən həzz alacağınız ən gözəl məkanlardan biri olan Qızılağac otelində qiymətlər necədir?
Standart | Ekonom | Ailəvi | Deluxe | Kotec |
40 AZN | 50 AZN | 60 AZN | 120 AZN | 120 AZN |
2 nəfərlik | 3 nəfərlik | 2-4 nəfərlik | 4-5 nəfərlik | 4-5 nəfərlik |
2 ayrı çarpayı | 3 ayrı çarpayı | 2 və 1 nəfərlik çarpayı | 2 yataq otağı | 1 yataq 1 qonaq otağı |
Əlaqə: 050-881-77-11 | 050-235-10-10 Maps
Farel Ailəvi istirahət Mərkəzi - Xalxal şəlaləsi
Turistlərin ən çox səfər etdiyi Xalxal şəlaləsi rayonun Xalxal kəndində yerləşir. Kənddə qonaqların rahat istirahəti üçün həmçinin restoran, otel və uşaqlar üçün əyləncə mərkəzi xidmət göstərir.
Oğuz Baş Daşağıl kəndi & Şəlalə
Təbiət qoynunda heyrətamiz mənzərədən həzz alacağınız gözəl yerlərdən biridə Baş Daşağıl kəndidir. Kənd təmiz təbiəti insanı valeh edir. Kənddə həmçinin Uğan mağarası yerləşir.
Oğuz Dağları & Şəlalə
Dağların və meşələrin heyrətamiz mənzərəsindən həzz almaq üçün rayonun öz dağlarıda çox əlverişlidi.
Oğuzda Park
Parkın giriş qapısında dövlət bayrağının təsviri əks olunub.
Parkda örtülü kölgəliklər, su hovuzları və biri musiqili beş fəvvara , uşaq əyləncə meydançası qurulmuşdur. Mədəniyyət və istirahət parkında 120 yerlik amfiteatrda müxtəlif layihələr, o cümlədən konsert proqramlarının təşkili üçün imkanlar vardır. Burada , əlavə günbəz formasında 12 istirahət guşəsi yerləşir.
Panorama Hotel
Xoş və mənalı istirahətinizi füsunkar təbiəti ilə göz oxşayan "Panorama Oğuz Hotel" istirahət mərkəzində keçirsəniz peşman olmazsınız. İstirahət mərkəzində rahatlığınızı təmin edəcək 3 otaqlı koteclər və açıq restoran mövcuddur. Təbii ki, bu restoranda Azərbaycan, xüsusi ilə Oğuz mətbəxinin ləziz təamları ilə bərabər, Avropa mətbəxinin çeşidləri də sizlərə təklif olunacaq. Restoranda səhər yeməyi ödənişsizdir. "Housekeeping" xidməti otaqlarınızın daim səliqəli və təmiz saxlanılması üçün gündəlik fəaliyyət göstərir. Uşaqlı valideynlərin rahat istirahət etməsini təmin etmək məqsədi ilə uşaqlar üçün xüsusi guşə yaratmağı da unutmayıb. İstirahət mərkəzi ərazisində Wi-Fi dan pulsuz istifadə edə bilərsiniz. "Panorama Oğuz Hotel" ərazisində həm də avto dayanacaq mövcuddur.Yeri gəlmişkən "Panorama Oğuz Hotel"i seçənlərə istirahət xidmətləri göstərməklə yanaşı, qonaqlara Oğuz şəhərinin gəzməli məkanları, eləcə də tarixi abidələri ilə tanış olmaq, görməli yerlərinə turlar təşkil etmək imkanları da təklif edilir. Siz bu məqsədlə bələdçi xidmətindən də istifadə edə bilərsiniz.
Qaynama Otel & İstirahət Mərkəzi
Oğuzda yerləşən Qaynama Hotel, özəl balkonlu 4 ulduzlu qonaqlama xidməti təklif edir. Tətil yerinin özəl girişi qonaqların xidmətindədir. Tətil yeri dağ mənzərəlidir. Məkanda günəşləmə terası, 24 saat açıq resepşn ve bütün ərazilərdə pulsuz WiFi mövcuddur.
Konaklama birimlerinde kondisioner, düz ekran uydu TV, soyuducu, su ısıtıcısı, hamam, terlik ve gardırop vardır. Otel otaqlarının xüsusi hamamlarında saç qurutma maşını və vanna otağı mövcuddur. Tətil yerindəki bəzi bölmələrində oturma sahəsi də var. Qonaqlar açıq havada yemək sahəsində yemək yeyə bilərlər
Qonaqlar restorana gedə bilərlər və paketli nahar da mövcuddur. İstirahət məkanı velosiped və avtomobil icarəsi xidmətləri də təklif edir.
Ən yaxın hava limanı olan Qəbələ Beynəlxalq Hava Limanı 46 km məsafədədir.
Afra Hotel
Sevdiyiniz insanlarla unudulmaz bir istirahət keçirmək istəyirsinizsə Afra oteldə əvvəlcədən nömrə bron etməyi unutmayın.
Dağların ətəyində yerləşən, gözəl mənzərəli Afra hoteldə qiymətlər necədir?
Standart Otaq
1 nəfər - 100 Azn
2 nəfər - 120 Azn
3 nəfər 140 Azn
Lüks Otaq
2 nəfər - 150 Azn
3 nəfər - 170 Azn
Koteclər
Standart olaraq 2 ailə üçün nəzərdə tutulub
2 yataq otağı (hər birinin əlavə sanitar qovşağı mövcuddur)
1 ümumi qonaq otağı
4 nəfər üçün - 250 Azn
(Əlavə çarpayı 20 Azn)
Qiymətlərə daxildir:
Səhər yeməyi
Açıq havada olan hovuzdan və "Baby Land" uşaq baxçası