Bir gün biləcəksən mənim qədrimi

Fəridə Nuri Bir gün biləcəksən mənim qədrimi

Bir gün biləcəksən mənim qədrimi

Fəridə Nurinin "Bir gün biləcəksən mənim qədrimi" adlı şeiri

Bir gün biləcəksən mənim qədrimi
Qara torpaq alıb, udanda məni,
Anamın üzündə görəndə qəmi
Bir gün biləcəksən mənim qədrimi.

Onda gec olacaq artıq əzizim
Saçlarım əvəzi oxşa qəbrimi.
Yadında, hər zaman deyirdim sənə
Bir gün biləcəksən mənim qədrimi.

İndi niyə gəldin qəbrimin üstə?
O qədər qırmısan kövrək qəlbimi,
Mənasız, lazımsız səbəblər üstə.
Yəqin xatırladın həmin kəlməmi:
Bir gün biləcəksən mənim qədrimi"

Bir dəfə əlində bir gül gəlmədin,
İndi güllər ilə bəzə qəbrimi
Sən mənə heç zaman dəyər vermədin
Artıq biləcəksən mənim qədrimi

Müəllif: Fəridə Nuri

banner