Şair adlı şeirim

İllər öncə qələmə aldığım Şair adlı şeirimi sizlərə təqdim edirəm.

Şair adlı şeirim

Gecə düşər təkliyinə çəkilər
Min bir əzab ürəyinə əkilər.
Bütün gecə pəncərəyə dikilər
Gözləri yollarda qalandır şair.

Ürəyində gizli qalar dərd-qəmi
Düşünərki anlayan olmaz məni.
Özü olar dərdlərinin həmdəmi,
Çox vaxt dost-tanış da yalandır,şair.

Fərqli olur gündüzlərdən gecəsi
Yaşamağa bəzən olmur həvəsi.
Arzulayar bircə dəfə o səsi
Xəyal qurub,gözü dolandır,şair.

Gözü olmaz cəvahirətdə,ləldə
Çox çətin eləyər hər şeyi əldə.
Ətrafında olsa milyon gözəl də
Sevdiyinə sadiq olandır şair

banner