Unutmalıyam adlı şeir
Unutmağa aid şeir, yeni şeirlər

Nədən darıxıram bu axşam yenə,
Nədən çıxmırsan ki, ağlımdan heç sən?
Səndən ayrılmağı özüm istədim,
Bəs niyə hələ də ürəyimdəsən.
Baxıram küçələr səssiz- səmirsiz,
Sanki sənsizləşib, bu payız, bu yaz.
Sənli xəyallarım həmdəmim olub,
Qayıt gəl, həsrəti unudaq bir az....
Üşüyən sevgimin üstünü örtüb,
Gecələr yuxuma şam olmalıyam.
Həsrət sevgimizə son vermək üçün,
Çalışıb mən səni unutmalıyam...
Müəllif: Xuraman Muradova