Bu cutluyu tanri yaradib hind filmi Azerbaycan dilinde

Rejissor Aditya Çopranın Bu cütlüyü Allah yaradıb adlı hind filmi Azərbaycan dilində dublyajda saytımızda pulsuz izləyin.

Surinder ilk dəfə ona dərs demiş müəlliminin qızını görəndə ürəyində qəribə bir istilik hiss etdi. Həyatında heç vaxt belə bir duyğu yaşamamışdı. Gənc və gözəl Tani onun gözündə mələk kimi idi. Amma Tani artıq nişanlı idi, və Surinder bunu bilsə də, bu hisslərə qarşı dura bilmirdi.  

Həyatın qəfil zərbələri isə hər şeyi dəyişdi. Taninin nişanlısı bir yol qəzasında həyatını itirdi. Bu ağır itki yetməzmiş kimi, Taninin atası da ölüm ayağında idi. O, son nəfəsində Surinderə yalvardı: “Qızımı yalnız buraxma. Onu qoruyub sevəcəyinə söz ver.” Surinder çəkinərək də olsa, bu yükü qəbul etdi. Beləcə, onlar ailə qurdu. Amma bu, adi bir evlilik deyildi.

Tani yaşadığı ağır itkilərin təsiri altında daim qəmgin idi. Surinder isə onun üzünü güldürmək üçün hər şeyə hazır idi. Amma nə etsə də, onun kədərini yüngülləşdirə bilmirdi. Onlar bir dam altında yaşayırdılar, amma ər-arvad kimi yox, iki yad insan kimi. Lakin Surinderin sevgisi hər gün daha da böyüyürdü.  

Bir gün Tani rəqs kursuna yazılmağa qərar verdi. Bu xəbər Surinderə bir fürsət verdi – o, öz sevgisini başqa bir şəkildə ifadə etməli idi. Yaxın dostu Bobbinin köməyi ilə tamamilə dəyişdi. Saç düzümü, geyimi, davranışları – Surinder indi tamamilə fərqli bir insan idi. O, özünü "Rac" adlandıraraq rəqs kursuna yazıldı. Təsadüfən tərəfdaş seçimi zamanı Tani ilə cütlük oldu.

Tani isə ərini tanımadı. Rac onun gözündə həyat dolu, əyləncəli və cazibədar biri idi. Günlər keçdikcə Tani bu yeni adamdan təsirlənməyə, ona bağlanmağa başladı. Amma onun içində bir sual yaranmışdı: o, əslində kimi sevir? Həmişə yanında olan sakit və utancaq Surinderimi, yoxsa həyatını rəngləndirən və onu güldürən Racı? 

Bu qərar yalnız Taninin deyil, həm də Surinderin həyatını tamamilə dəyişdirəcəkdi. Taninin ürəyi hansı sevginin doğru olduğunu göstərəcəkdi.

Paylaş