Problemləri necə həll edək?

Həyatımız boyunca fərqli problemlərlə qarşılaşırıq ki, bəzən onları həll etmək bizə çox çətin gəlir.

Problemləri necə həll edək?

Hər kəsin problemlərə yanaşma və onları həll etmə yolları fərqlidir, bu məqalədə Fəridə xanımın tətbiq etdiyi yolları sizlərlə paylaşıram.

Problemin nə olduğunu dəqiq anlayın

  • Problemin nə olduğunu bilmək, onun hallinin yarisi demakdir. Çünki cox insan problemin içinda itir ya ona kənardan baxa bilmir. Buna görə də bir kağız, qalem götürün və problemin tam olaraq nədən ibarət olduğunu dəqiq şəkildə yazın. Yazmaq o problemi göz önündə edərək, daha tez həll olunmasına sərait yaradır.

    Problemi yaradan səbəbləri aradan qaldırın
  • Bir xəstəliyi sağaltmaq üçün ilk öncə onu törədən səbəbi aradan qaldırmaq lazımdır. Problem də elədir. İlk öncə dəqiqləşdirin ki, bu problem nədən yaranıb və o sebəbi aradan qaldırın.


    Həlli yoxdursa, boş verin
  • Əgər yazdığınız problemin həlli heç cür mümkün deyilsə, geriyə yol yoxdursa, o zaman onu olduğu kimi qəbul edib, yolunuza davam etməyə çalışın. Keçmişi dəyişə bilmərsiniz, amma gələcəyi dəyişmək sizin əlinizdədir.

    Həlli varsa tapın
  • Əgər həlli mümkün bir problemdisə, o zaman kağızda onun mümkün həll yollarını alt-alta yazın. Maddə-maddə bütün variantları sıralayınki, hansı yollarla problemi aradan qaldıra bilərsiniz.

    Filankəs olsa nə edərdi?
  • Bir çoxumuzun nümunə götürdüyü dahilər var, hansı ki, etdikləri böyük işlərlə tanınırlar. Onlardan öz seçdiyiniz və nümunə götürdüyünüz insanı öz yerinizə qoyun. O olsaydı nə edərdi? Vəziyyətdən necə çıxardı? Bir dahi olsaydınız öz probleminizi necə həll edərdiniz?

    Doğru yollar seçin
  • Yazdığınız variantların içindən ən doğru olanı yaxud olanları seçin. Amma onların doğru yol olduğuna əmin olun. Unutmayın yanlışı yanlışla düzəltmək olmaz. Bu sizi daha böyük problemlə üz-üzə qoya bilər. Ona görə də yalnız düzgün və vicdanla qərar verin.

    Hərəkətə keçin
  • Seçdiyiniz variantı ayırıb ayrı kağıza yazın və yanında onu hansı planla edəcəyinizi qeyd edin. Bir neçə yol seçmisinizsə hər birini ətraflı qeyd edin və qeyd etdiyiniz plan üzrə hərəkətə keçin.

    Kömək alın
  • Hər şeyi özümüz edə bilmərik. Əgər hansısa problemi özünüz təkbaşına heç cür həll edə bilmirsinizsə, etibar edə biləcəyiniz insanlardan kömək almağı yoxlayın.


banner