Həm kədərdə, həm sevincdə 2001
Həm sevincdə, həm kədərdə - rejissoru Karan Johar olan 2001 - ci ildə ekranlara gələn Bollivud filmidir. Həm sevincdə, həm kədərdə (Kabhi Khushi Kabhie Gham) Azərbaycan dilində izləyin.
Yaşvardhan və Nandinin ögey övladı olan Rahul məktəbi bitirib gələndə qardaşı Rohan 9 yaşında olur. Rahulun atası Hindistanın varlı insanlarından biridir. O, oğlunu ən yaxın dostunun qızı Naina ilə evləndirmək istəyir, lakin Rahul onların evində dayə işləyən qadının qardaşı qızı Ancaliyə aşiq olur. Rahulun atası buna razı olmur və Rahul vəziyyəti izah etmək üçün Ancalinin yanına gedəndə Ancalinin atasının öldüyünü görür və elə həmin gün onunla evlənir. Bundan xəbər tutan atası Rahuldan imtina edir. Rahul İngiltərəyə gedir, bir daha geri qayıtmır. Rahulun qardaşı Rohan isə 10 ildən sonra məktəbi bitirib nənələrinin yanına qayıdır və orada qardaşının ögey qardaş olduğunu və eyni zamanda da baş vermiş olan bütün hadisələri öyrənir və bundan sonra atası ilə böyük qardaşını barışdırmaq üçün əlindən gələni etməyə başlayır.