Səndən yaman incimişəm
Gülü Şahbazlının qələmə aldığı Səndən yaman incimişəm adlı şeiri
Biraz məndən deyim sənə
Vicdanın da gələr dilə
Həyatımdan deyə gülə
Gedişindən incimişəm..
Dizlərimə vurub yıxan
Bu qəlbimə dərdi yaxan
Nifrət ilə susub baxan
Gözlərindən incimişəm..
Hər şey olub yalan dolan
İllərimi məndən alan
Başqa ələ meyil salan
Əllərindən incimişəm..
Heçbir dərdə ağarmayan
Küləklərlə dalğalanan
Başqa əldə sığallanan
Saçlarından incimişəm..
Nə söz deyim olsun ayan
Bu qəlbimi yoxdan sayan
Gözlərinə həsrət qoyan
Sözlərindən incimişəm..
Başqasına addım atan
Bu sevgini ucuz satan
Bir özgə də sevgi tapan
Ürəyindən incimişəm..
Aylar oldu sən gedəli
Bizi ürəyindən silǝli
Bir xəbər var hey bilǝli
Həyatımdan incimişəm
Müəllif: Gülü Shahbazlı