Qarşılıqsız sevgi şeiri
Tərlan Salehlinin qələmə aldığı Qarşılıqsız sevgiyə aid olan şeiri ilə tanış olun

Qarşılıqsız Sevgi
Mən niyə bu qədər aciz insanam?
Gözümün yaşını qurudanmıram.
Ən çoxda içimi sızladan nədir?
Mənə yox deyəni unudanmıram.
Mümkündü neylədim olmadı axı,
Ürəyi heç kəsə verə bilmədim.
Nə qədər istədim sevim başqasın,
Ondan qeyrisini sevə bilmədim.
Gör necə çətindi bu həyat mənə,
Adım dərd yanında hallanır mənim.
Başqasın ağlında fırladan biri,
Hər gün ağlımda fırlanır mənim.
Ey mənim sevgimə yox deyən insan,
Elə dərd verdindki bu salığımda.
Hər gün gəzdirirəm Vallah mən səni
Həm bu ürəyimdə, həm bu ağlımda.
Müəllif: Tərlan Salehli