Mənim Şeir Xanımım

Vasif Dadaşovun 2024-cü ildə qələmə aldığı Mənim Şeir Xanımım adlı şeiri ilə tanış olun

Mənim Şeir Xanımım
Mənim Şeir Xanımım

Mənim Şeir Xanımım

Sən yadıma düşürsən,
Hər səhər oyananda,
Xəyalımda vüsalın,
Gözümdə sən olanda.
Uçuram qanadlanıb,
Arzuların dalınca,
Nə səhv, nə düz bilmirəm,
Sənli xəyal qurunca


Mən sənsiz başlamışam, 
Şirin xəyal qurmağa.
Razısan ömür boyu,
Mənlə xoşbəxt olmağa?
Sən orda sevdiyim ol,
Qoy olmasın təkliyim,
Mənə şirin bəla ol,
Sevə-sevə çəkdiyim.
İncə əlin saçımda, 
Başım dizinin üstdə, 
Sən məndən nə istəsən,
Deyim gözümün üstdə.


O ipək saçlarını,
Hər səhər daradığım,
Deyim ki, yalniz sənsən,
Bir ömür aradığım.
Qəlbimi qırıb atma,
Bir fikirləş xanımım,
Mən səni çox sevirəm,
Mənim günəş xanımım.


√Müəllif: Vasif Dadaşov

banner