Qış mövsümündə ən sevilən pomada rəngləri
Qış aylarında ən çox sevilən seçilən pomada rənglərini sizin üçün bir yerə topladıq. Qış mövsümündə hansı pomada rəngləri daha çox sevilir

Qadın üçün ən gözəl aksessuarlardan biri də dodaq boyalarıdır. Amma onlardan düzgün şəkildə istifadə edilməlidir. Hər mövsümdə olduğu kimi qış da bu sahə üzrə trend rənglər var.
Qışda ən çox bəyənilib istifadə edilən pomada rənglərini sizlərə təqdim edirik.
Gül Qurusu Rəngi
Qış mövsümünə ən çox yaraşan rənglərin bəlkədə ən başda gələn gül qurusu pomada rəngidir. Bu rəng çəhrayı və bənövşəyi rənglərinin birləşməsindən əmələ gəlir və çox cəlb edici bir rəngdir. Pomadanı həm mat həmdə bir parıltılı olanı istifadə edə bilərsiniz.
1/5
Tünd Qırmızı
Gündəlik makyajda sadə bir göz makyajıyla bir dəvətə gedəcəksinizsə sizin üçün ən ideal seçim tünd qırmızı rəngdə olan dodaq boyasıdır.
2/5
Parıltılı Qırmızı
Bu mövsüm mat qırmızıları bir kənara qoyaq və dodağınıza daha canlı və gözəl görünüşü olmasına çalışaq. Bunun üçün parıltılı qırmızı dodaq boyası istifadə etməyiniz tövsiyyə edilir
3/5
Uzun illərin əvəzolunmazı Çəhrayı dodaq parıldacısı
Dodaq parıldadıcıları hər hansı bir pomada üzərində və ya tək istifadə edilə bilən məhsullardır. Çəhrayı dodaq parıldacıları da bu mövsüm ən çox bəyənilən dodaq boyaları arasında yer alır.
4/5
Mocha
Bu rəng qəhvəyi və tünd bənövşəyi rəngin qarışığından əmələ gəlir. Nə çox qaranlıq, nə də çox açıq deyil. Bu rəng demək olar ki, qış fəslini əks etdirir. Sadə göz makyajı və bu rəng dodaq boyasından istifadə edərək cəlbedici görünə bilərsiniz.
5/5