Telefondakı fayılların gizlədilməsi - Proqramsız

Bu məqalədə telfonunuzda şəkillərin vəya fayılların proqramsız necə gizlədilməsi haqqında məlumatlar ilə tanış ola bilərsiz.

Telefondakı fayılların gizlədilməsi - Proqramsız

Salam olsun saytımızın əziz izləyicilərinə. 

Bildiyiniz kimi indiki zamanda uşaqdan böyüyə hər birimiz telefon işlədirik. Telefon nə qədər bizim olsada hərdən yaxın dost tanış vəya kimsə baxmaq istəyir və səndə yox deyə bilmirsən. Bəzən telefonda elə fayıllar olurki bu fayılların kimsə tərəfindən görülməsini istəmirsən. Fayl dedikdə şəkil, video, sənəd vs nəzərdə tuturam.

Bunun üçün hansısa proqramlar yükləyirsiz vəya başqa yollar axtarırsız.

  • Bu məqaləmdə sizlərə telfonunuzda "fayıllarınızın proqram olmadan gizlədilməsi"ni öyrədəcəm.

Dostlar ilk öncə Fayıllar qovluğunu tapırsız. Daha sonra yeni papka açırsız və görünməsini istəmədiyiniz bütün fayılları həmin papkaya köçürürsüz. Köçürmə bitdikdən sonra yeni açdığınız papkanın adını dəyişib önünə . yazıb kayd edin (Yadda Saxla veya Yenidən Adlandır). Sizdə fərqli ola bilər deyə digər seçimləri də qeyd etdim.

Məsələn: .yenipapka yazıb yaddaşa verdikdən sonra açdığınız papqa yoxa çıxacaq. Amma narahat olmaya bilərsiniz papqanız silinməyib sadəcə gizlədilib. Özünüz bəs necə baxa biləcəksiz? Bu baradə məqalənin sonunda deyəcəm. Yuxarda qeyd etdiyim sizə çətin gələ bilər vəya siz mövcud papkanı gizlətmək istəyirsənizsə hər hansısa papkanın adını düzənləyib əvvəlinə nöqtə yazıb yaddaşa verməyiniz yetərlidi. Yazdıqlarım ola bilər kiməsə çətin gəlsin ama çətin birşey yoxdu. Yenədə sizin üçün daha asan olsun deyə screenshotda əlavə edirəm

------

---

  • Burda klasör yerinə istədiyiniz adı yaza bilərsiniz.

Klasörü açdıqdan sonra gizlətmək istədiyiniz fayılları bu klasörə (papkaya) köçürün. Daha sonra klasör adını düzənləyib adının qarşısına nöqtə qoyun. Bunu üçün klasörün üstündən basıb saxlayın. Sonra sağ tərəfdən aşağı hissəyə  baxın. İşarə etdiyimə daxil olun. (Sizin telefonda dil baxımından fərqli yazı ola bilər.)

  • Açılan menuda aşağıda işarə etdiyimi seçin.
  • Bura daxil olduqdan sonra

Burda açdığınız papkanın (klasörün) adının önünə nöqtə qoyub yenidən adlandır yazısına tıklayın.

Bundan sonra Klasör yoxa çıxacaq. (Gizlədiləcək)

  • Qeyd: Siz yeni papka açmadan mövcud olan istənilən papkanı da gizlədə bilərsiniz. Bunun üçün sadəcə mövcud klasörün adını düzənləyib önünə nöqtə yazıb yaddaşa verməyiniz yetərlidi.

Qeyd: Siz papqa adını dəyişmədən vəya yenisi açmadan da mövcud papqadakı fayılları gizlədə bilərsiniz. Papka adı görünəcək içindəki fayıllar görünməyəcək. Bunu üçün papkaya daxil olub papka içində .nomedia adlı fayl yaratmalısınız. Amma bunu üçün sizə dosya yöneticisi (file manager) tipli proqramlardan biri lazım olacaq. 

Proqram olmadan yuxarıda qeyd etdiyim üsulla gizlətmək mümkündü.

  • Bəs gizlədilmiş fayılları necə görə bilərəm?

Aşağıda əlavə etdiyim şəkillərə baxıb öyrənə bilərsiniz.

----

Açılan menuda işarə etdiyimi aktiv edin.

Bu seçimi aktiv etdikdən sonra gizlədilmiş fayıllarınız görünəcək.

  • Qeyd: istədiyiniz vaxt papka adının qarşısındakı nöqtəni silərək əvvəlki vəziyyətə (görünən) qaytara bilərsiniz.

Ümid edirəm məqaləm sizlərə faydalı olacaq. 

Sualı olan məqalənin altında şərh yaza bilər.

Müəllif: Nazim Əzimzadə

banner