WhatsAppa yeni özəllik gəlir.
Dünyanın ən çox istifadə olunan mesajlaşma platforması olan Whatsap yaxın zamanda səsli mesajları yazıya çevirə biləcək.

WhatsApp əslində bu funksiya üzərində işə 2021-ci ildə başlayıb, lakin heç bir səbəb olmadan dayandırılıb . İndi faydalı olan bu xüsusiyyətə yenidən qayıdır. Yaxın aylarda istifadəyə verilməsi gözlənilən bu özəllik istifadəçilərə aldıqları səsli mesajları mətn mesajına çevirməyə imkan verəcək.. Verilən məlumata görə, bu çevrilmə birbaşa cihazlar daxilində həyata keçiriləcək, yəni başqa serverə transfer olmayacaq. Yalnız aşkar edilmiş dildə mətn çıxaracaq və aydın aşkarlanma tələb edən səsli mesajları mətnə çevirmə imkanı hazırda iOS 23.3.0.73 ilə sınaqdan keçirilir, lakin təbii ki, bu, Android üçün də seçimdir. Bu funksiya hal hazırda Telegram tərəfindən təklif edilir, lakin o, Premium istifadəçilər üçün nəzərdə tutulub. WhatsApp isə bu funksiyanı istifadəçilərinə tamamilə pulsuz təqdim edəcək.