Darıxacaqsan adlı şeir

Təbriz Oğuz Camalzadənin qələmə aldığı darıxacaqsan adlı şeiri.

Darıxacaqsan adlı şeir

Darıxacaqsan 08.02.2018

Onsuz da düşəcəm sənin yadına
O mənli günlərə darıxacaqsan
Bəlkə də ordadır deyib ümidlə
Son görüş yerinə qayıdacaqsan.

Didsə də qəlbini sənin bəlkələr
Görünməz o yerdə daha izlərim.
Sən məni o yerdə görmüyəcəksən
Boşuna gəzməsin məni gözlərin.

Hər gecə darıxdın, hər gün ağladın
Qurduğun xəyallar dada yetmədi.
Var-dövlət,pul-para,nə də qır-qızıl
Görürsən bir mənim sevgim etmədi!

Atdığın bir addım görürsən indi?
Gör necə dəyişdi səhv həyatını.
Özün öz ömrünə qənim kəsildin
Büs-bütün etmisən məhv həyatını!

Onsuzda ərinin xəbəri yoxdur,
Məni də görməyə ümid bağlama.
Bax,ərin gecələr yatandan sora..
Şəklimə gizlicə baxıb ağlama!

banner