Dünyada ən ucuz şəhərlər hansılardı?

Səyahətinizi daha maraqlı əyləncəli yadda qalan keçirmək üçün qiymətləri daha aşağı olan şəhərlər axtarırsınız? Elə isə bu məqalədə sizə uyğun şəhəri seçin.

Dünyada ən ucuz şəhərlər hansılardı?

Dünyada fərqli yerləri görmək, yeni mədəniyyətləri tanımaq istəyirsiniz və bunun üçün çox pul xərcləmək lazım olduğunu düşünə bilərsiniz. Ancaq elə şəhərlər var ki çox pul xərcləmədən hamsını gəzə bilər hətta uzun bir tətil edə bilərsiniz. Dünyanın ən ucuz şəhərlərini tanımağa hazırsınız? Elə isə başlayaq.

▪︎ Mumbay
▪︎ Katmandu
▪︎ Buxarest
▪︎ Panama
▪︎ Yeni Dehli
▪︎ Krakov
▪︎ Tirana
▪︎ Tunis

Mumbay Şəhəri

mumbay şəhəri

Hindistanın və dünyanın ən sürətli inkişaf edən şəhərləri arasında yer alan Mumbay ən ucuz tətil şəhərlərindən biri sayılır. Bir vaxtlar bir birindən aslı olmayan adalardan meydana gələn şəhər bugün bu adaların birləşməsi ile yeni bir ad qazanıb. Bəzi bölgələri Avropa'dan belə bahalıdır. Ancaq şəhərdə ümumiyyətlə az pul xərcləyərək gəzə bilərsiniz və yemək yeyib qonaq qala bilərsiniz.

Katmandu Şəhəri

katmandu şəhəri

Nepal'ın paytaxtı olan Katmandu, yaxınlığında yerləşən möhtəşəm təbii gözəllikləri və məbədləri ilə tanınan bir şəhərdi. Həm sərfəli hem ekzotik bir tətil axtaranların görüşmə nöqtəsi olan şəhərdə sadəcə bir neçə dollara gecələyə bilər və yemək yeyə bilərsiniz.

Buxarest Şəhəri

Buxarest Şəhəri

Şərqi Avropa ölkələri Qərblə müqayisədə daha qənaətcildir və gedilməsi asandı. Eyni Rumıniyanın paytaxtı Buxarest kimi. Buxarest sadəcə qənaətcil deyil eyni zamanda son dərəcə gözəl bir şəhərdi. Siz gün ərzində möhtəşəm binalarla bəzədilmiş küçələrdə dolaşa, ucuz qiymətə suvenirlər ala, gecə klublarında əylənə bilərsiniz.

Panama Şəhəri

Panama Şəhəri

Tər-təmiz möhtəşəm çimərlikləri ve heyrətamiz adaları məhşur olan Panama'nın paytaxtı olan Panama şəhəri həm ucuz həm də tətil üçün əla bir şəhərdir. Digər şəhərlərlə müqayisədə ölkəmizdən daha çox uzaqda yerləşir. Buna görədə ora səfər etmək biraz baha başa gəlir.

Yeni Dehli

Yeni Dehli Şəhəri

Hindistan'ın və dünyanın ən ucuz şəhərlərindən biri de Yeni Dehlidir. Şəhərdə çox uyğun qiymətlərə gecələyə və yemək yeyə bilərsiniz. Üstəlik texnoloji alış-veriş etmək istəsəniz də burada uyğun qiymətlərə telefondan komputerə bir çox məhsulu tapa biləcəyiniz bir alışveriş məkanıdır.

Krakov

Krakov şəhəri

Polşanın və Avropa'nın ən keçmiş şəhərlərindən biri olan Krakov da uyğun qiymətə otel, yemək içmək və alış-veriş imkanları ilə adından söz etdirir. Krakov və ətrafında xüsusilə gecə həyatı çox əyləncəli keçir. Spirtli içki qiymətləri bir çox ölkə ilə müqayisədə çox aşağıdır. Yəni sabahın ilk saatlarına dək davam edən əyləncə üçün böyük bir məbləğ xərcləməyə ehtiyac olmur.

Tirana

Tirana Şəhəri

Albaniyanın şərqindəki Dajti dağının ətəyində yerləşən paytaxt şəhər Tirana bölgənin və dünyanın ən ucuz şəhərləri arasında yer alır. Ayrıca Tirana, ləzzətli Alban yeməklərini yoxlaya biləcəyiniz bir şəhərdi. Elbasan tavası və digər xəmir yeməkləri kimi məhşur ləzzətləri mütləq dadmanızı tövsiyyə edirəm. Tirana'ya yolunuz düşdüyünüzdə ayrıca Berat ve İşkodra gibi Albaniyanın ən qədim yaşayış yerlərini də kəşf edə bilərsiniz. Bundan əlavə yerlilər çox qonaqpərvərdirlər və öz evinizdəki kimi hiss etməniz üçün kömək edəcəklər. Ailəvi vəya tək getmək üçün təhlükəsiz baxımından uyğun bir şəhərdir.

Tunis

Tunis Şəhəri

Afrikanın Aralıq dənizi sahilində yerləşən Tunis, sərfəli və unudulmaz bir tətil üçün mütləq dəyərləndirilməsi lazım olan bir yerdir. Siz Tunisdə maliyyə cəhətdən qalıb dənizdən və günəşdən həzz ala bilərsiniz. Səhrada safari və dəvə sürmək kimi fəaliyyətlər də mümkündür.

Xoş İstirahətlər Arzu Edirik!