Ötən il dünyada ən çox ziyarət edilən şəhərlər hansılar olub?
Ötən il dünyada turistlərin ən çox səfər etdikləri şəhərlərin siyahısı. 2023 ci ildə ən çox ziyarət edilən 10 şəhərlər hansılardı?
Euromonitor International şirkətinin açıqladığı 2023-cü ilin 'Dünyanın ən çox ziyarət edilən şəhərləri' siyahısına görə İstanbul 20 milyon 200 min ziyarətçi ilə birinci yerdədir.
İstanbulun birinci yerə yüksəlməsinin ən mühüm səbəblərini araşdıran Time Out jurnalı Türkiyənin ABŞ və Kanadadan gələn səyahətçilər üçün viza tələblərini yumşaltmasının göz qamaşdıran mənzərələri, mədəni zənginliyi, alış-veriş imkanları, tarixi zənginliyi və Asiya və Avropa mədəniyyəti, şəhərin getdikcə populyarlaşmasının bir səbəbi olduğunu yazdı.
Siyahıda yer alan digər şəhərlər aşağıda qeyd olunub
1. İstanbul (Türkiyə)
İstanbul Türkiyənin şimal-qərbində, Mərmərə dənizi və Bosfor sahili boyunca salınmış şəhərdir. Şəhər iqtisadi böyüklüyünə görə dünyada 34-cü, əhalisinə görə Avropada birinci yerdədir. Hər il dünyanın müxtəlif yerlərindən bu şəhərə milyonlara turist gəlir. İstanbul bütün dünyada o qədər populyardır ki, hətta bəzən onu paytaxt hesab edirlər.
2. London (İngiltərə)
İngiltərə və Birləşmiş krallığın paytaxtı London Avropanın ən gözəl və məşhur şəhərlərindən biri olaraq tanınmaqdadır. Buranı dünyanın hər yerindən hər il təxminən 15 milyon turist ziyarət edir.
3.Dubay (Birləşmiş Ərəb Əmirlikləri)
Birləşmiş Ərəb Əmirliklərinin ən böyük şəhərlərindən olan Dubaya Turistlərin ən çox səfəri qış fəslinə təsadüf edir. Qış aylarında orta temperatur +25 dərəcə təşkil edir.
4. Antalya (Türkiyə)
Azərbaycanlıların ən çox səfər etmək istədiyi şəhərlərdən biri də Antalyadır. İsti qumu, günəşi, dənizi və təbiəti ilə diqqət Antalya yay aylarında turistlərin ən çox üz tutduğu şəhərlərdən biridir.
5.Paris (Fransa)
Dünyanın ən məşhur şəhərləri sırasında ilk yerlərdən biri də Fransanın Paytaxtı Paris şəhəridir. Çox sayda memarlıq abidələrinə sahib olsada Paris şəhərinin adını eşidəndə ilk ağlımıza gələn Eyfel qülləsi olur.
6.Hong Kong (Çin)
Çində Mirvari çayı deltasının şərq hissəsində yerləşən Hong kong şəhəri də turistlərin ən çox səfər etdiyi şəhərlər arasındadır.
7.Bangkok (Tayland)
Asiyanın ən böyük turistik şəhərlərindən biri olmaq xüsusiyyətini daşıyan Tayland'ın paytaxt şəhəri Şərqin Venesiyası olaraq tanınan Banqkoku hər il ziyarət edən milyonlarla turistdən bir olun.
8.New York City (ABŞ)
Özünün müasir gözəlliyi ilə bir çox insanın görmək arzusunda olduğu New-York şəhəri göydələnləri, prospektləri, restoranları, alver mərkəzləri və insanlarıyla, turistləri cəzb etməkdədir.
9.Cancun (Meksika)
Hər il minlərlə turistin böyük həyəcanla ziyarət etdiyi Canun Meksikanın ən cəlb edici şəhərləri arasındadır. Yarımtropik iqlimin hökm sürdüyü şəhərdə fəsillər iki yerə bölünür: yağışlı və quru. Mart və oktyabr ayları arasında baş verən yağışlı mövsüm quru mövsümdən daha isti olur. Quru mövsüm noyabr-aprel aylarını əhatə edir. Kankun ilin istənilən vaxtında ziyarət üçün əlverişli olsa da, Milad bayramı ilə əlaqədar dekabr ayında xüsusilə turistlərlə dolu olur. Kankun çimərlikləri və əyləncə gecələri ilə diqqət çəkən bir şəhərdir. Yaz aylarında Kankunu ziyarət edənlər dənizin, qumun və günəşin həzzini alaraq maraqlı əyləncələrə qatılaraq tətillərini çox daha əyləncəli edirlər.
10.Məkkə (Səudiyyə Ərəbistan)
Tam adı Məkkə Əl-Mükərrimə olan şəhər Səudiyyə Ərəbistanı Krallığının Qərbində Mədinə və Taif şəhərləri arasında yerləşir. Məkkəni daha çox məşhur edən orada yerləşən Kəbə evidir. Qurani Kərimdə Allah Təlanın evi adlandırılan Kəbə İbrahim peyğəmbər tərəfindən ilk dəfə tikildiyi bildirilir. Bu gün bütün dünyada namaz qılan və dua edən müsəlmanlar üzlərini məhz Qibləyə yəni Məkkə şəhərində yerləşən Kəbə evinə tərəf tuturlar.