Dünyanın ən uzun sürən 7 uçuşu

Dünyanın ən uzun uçuşları hər gün dünyanın dörd bir yanını birləşdirir. Bəs, dünyanın bu ən uzun təyyarə səfərləri neçə saat davam edir?

Dünyanın ən uzun sürən 7 uçuşu
SİZİN REKLAM BURADA!
Wp: 051 230 79 81

Bir yerdən başqa bir yerə uçarkən ən çox neçə saat havada qala bilərsiniz? 5, 10, 15? Təyyarə səfərlərini sevirsinizsə bu vaxt biraz daha uzana bilər. Size 16 saatdan çox uçacağınızı söyləsək? Dünyanın ən uzun uçuşları hər gün dünyanın dörd bir yanınını birləşdirir. Beləki, dünyanın ən uzun təyyarə səfərləri neçə saat davam edir?

 Ən uzaq məsafəli uçuşlar

▪︎ Dallas – Sidney 17 saat

▪︎ Cidde – Dallas 16 saat 50 dakika

▪︎ Atlanta - Johanessburg 16,5 saat

▪︎ Dubai – Los Angeles 16,5 saat

▪︎ New York – Hong Kong 16 saat

▪︎ San Francisco – Dubai 16 saat

▪︎ Taipei – New York 15 saat 30 dakika

Dallas Sidney 17 saat

Amerika Birləşmiş Ştatları-nın Dallas şəhəri ilə Avstraliya-nın şərq sahilində yerləşən Sidney eyni zamanda uçulan ən uzun məsafəni yaradır. 17 saatdan çox davam edən non-stop uçuş sonunda sərnişinlər təxminən günün tamamını təyyarədə keçirirlər. Üstəlik Qantas Hava yolları bu uçuşlarda ‘’dünyanın ən böyük sərnişin təyyarəsi’’ Airbus A380’ləri istifadə edir və havada iki rekordun birdən sahibi olur.

Dallas – Sidney

Cidde – Dallas 16 saat 50 dəqiqə

Dünyanın ən uzun sürən ikinci uçuşu olan Cidde – Dallas uçuşları toplamda 16 saat 50 dəqiqə davam edir. Dünyanın ən uzun uçuşlarını həyata keçirən xüsusilə Yaxın Şərq mərkəzli hava yolu şirkətləri bu xətdə aktiv uçuşlar həyata keçirirlər.

Cidde – Dallas

Atlanta - Yohannesburq 16.5 saat

Yenə Amerika Birləşmiş Ştatları'nın bir başqa şəhəri Atlanta ve Cənubi Afrika’nın Yohannesburq şəhəri arasında həyata keçirilən uçuş isə dünyanın ən uzun üçüncü uçuşu kimi tanınır və uçuş müddəti bəzən 17 saata çata bilir.

Atlanta - Johanessburg

Dubay - Los Anceles 16.5 saat

Ərəbistan yarımadası ilə Qərbi Amerikanı birləşdirən Dubay - Los Anceles səfəri dünyanın ən uzun uçuş reyslərindən biridir. Uçuş ümumilikdə 16 saat 30 dəqiqə çəkir. Uçuş şəraitindən asılı olaraq 17 saata qədər davam edə bilər.

Dubay - Los Anceles reysi

Nyu York - Honkonq 16 saat

Dünyanın ən önəmli ticarət mərkəzlərindən olan bu iki şəhəri bir birine bağlayan non-stop uçuşlarda sərnişinlər 16 saat havada qalırlar. Uçuşlar zamanı 3 dəfə yemək servisi edilir və onlarca fərqli film sərnişinlərin uzun uçuş müddətini daha əyləncəli keçirə bilməsi üçün hazır gözləyir.

Nyu York - Honkonq reysi

San Fransisko - Dubay 16 saat

Apple, Google, Facebook kimi nəhəng markalara ev sahibliyi edən Amerika Birləşmiş Ştatları’nın texnoloji üssü San Fransisko ile xüsusilə son on ildə ulduzu parıldayan Dubay son zamanlarda ən çox səfər edilən reyslərdən biridir. Ümumilikdə 16 saat davam edən səfərdə hava yolu şirkətləri adətən nəhəng Airbus A380’lərə üstünlük verir.

Taypey - Nyu-York

Tayvanın siyasi, iqtisadi və mədəni paytaxtı Taypey ilə Nyu-Yorku birləşdirən səfər tam 15 saat 30 dəqiqə çəkir. Şərqi Asiyadan Şərqi Amerikaya qədər uzanan bu uçuş dünyanın ən uzun uçuşları arasında ilk 5-ə daxil olmasa da, qət edilən məsafə və sərf olunan vaxt heç də az deyil.

banner