Dünyanın ən gözəl körpüləri
Dünyanın fərqli yerlərində yerləşən sərhədləri və fərqli mədəniyyətləri bir birinə bağlayan ən gözəl körpülər hansılardı?
Körpülər tarix boyunca sadəcə iki ayrı torpaq parçasını deyil, eyni zamanda sərhədləri və fərqli mədəniyyətləri bir birinə bağlayan strukturlardır. Dünyanın fərqli yerlərində yerləşən ən gözəl körpülər hansılardı?
Mündəricat
Brooklyn Körpüsü
Golden Gate Körpüsü
Khaju Körpüsü
Magdeburg Su Körpüsü
Boğaziçi Körpüsü
Ponte Vecchio
Sidney Liman Körpüsü
Galata Körpüsü
Tower Bridge
Brooklyn körpüsü
Nyu-Yorkdakı Brooklyn körpüsü xəyallar şəhəri olaraq bilinən Nyu-Yorkun ilk asma körpülərindən biridir. 1883-cü ildə istifadəyə verilən körpü, Brooklyn ilə Manhattan arasındakı intensiv tıxac problemini həll etmək üçün inşa edilmişdir. İllər keçsə də körpü hələ də fəaliyyətini davam etdirir. Eyni zamanda körpünün altında yerləşən sahildən,Manhattan adasının göydələnlərini izləmək də bənzərsiz zövq verir.Sadəcə Amerikanın deyil, dünyanın da ən gözəl şəhərlərindən biri olan Nyu-Yorkun gəzməli digər yerləri üçün "Nyu-Yorkda gəzməli yerlər" qalerayamıza mütləq baxmağınız tövsiyə olunur.
Golden Gate körpüsü
Kaliforniya əyalətinin San-Fransisko şəhərində yerləşən bu körpü dünyanın texnologiya və informasiya bazası olmasıyla məşhurdur. Golden Gate körpüsü həmçinin dünyanın ən çox fotosu çəkilən körpüləri arasında da yer alır. Dumanlı havanın tez-tez müşayiət edildiyi San-Fransisko körfəzi boyunca uzanan körpünün, xüsusilə dumanlı havadakı görüntüsü həm ölkədəki həmdə ölkədən kənar bir çox fotoqrafı cəlb edir.
Eyni zamanda bir çox serial və filmdən tez-tez gördüyümüz üçün bu körpüyə aşina ola bilərsiniz.
Khaju Körpüsü
İranın İsfahan şəhərində yerləşən Khaju körpüsü xüsusilə körpüdən suya yansıyan əsrarəngiz mənzərəsi ilə tanınır.Körpü eyni zamanda həm ölkənin həm də bölgənin ən qədim binalarından biridir.Günümüzdə də aktuallığını itirməyən körpünü həm ölkədən həm də xaricdən olan turistlər ziyarət edir.
Magdeburf Su körpüsü
Almaniyada yerləşən körpünün digərlərinə bənzəməyən çox maraqlı bir arxitekturası var. Belə ki ortasından su axan körpünün hər iki tərəfindən piyadalar, ortasından qayıqlar keçir.
Boğaziçi Körpüsü
Körpünün Asiya qitəsindəki ayağı Bəylərbəyində, Avropadakı ayağı isə Ortaköydə yerləşir. Körpüdən əvvəlki dönəmdə maşınlar vasitəsilə Boğazın iki tərəfi arasında nəqliyyatın hərəkəti təmin edilirdi. Fateh Sultan Mehmet Körpüsünün daha sonra inşa edildiyi kimi, iki qitə arasında uzanan bu körpünü keçmək, günün hər saatında intensiv tıxac səbəbilə gün-gündən çətinləşsədə hələ də möhtəşəm mənzərəsi ilə görənləri valeh edir. Hər fəsil ayrı gözəllikləri olan İstanbula uçmaq istəyirsizsə *bura toxunun*.
Ponte Vecchio körpüsü
İtaliyanın Florensa şəhərində yerləşən bu körpü heç bir yerdə görə bilməyəcəyiniz qədər əsrarəngiz bir memarlıq əsəridir. Çayın iki tərəfini bir birinə bağlayan körpü üzərində evlər inşa edilmiş və qarşı tərəfə keçmək üçün bu evlərin yanından keçmək lazım gəlir. Körpünün bir digər xüsusiyyəti isə İtaliyanın bir çox yerlərində olduğu kimi rəngli tikililərlə əhatələnmiş olmasıdır. Bu sayədə həm körpünün özü həm də çevrəsindəki binalar şəkil çəkmək üçün möhtəşəm mənzərə təqdim edir.
Sidney Liman Körpüsü
Avstraliyanın Sidney şəhərində inşa edilən bu körpü dünyanın ən məşhur körpülərindən biridir. Sidney Limanı, Opera Binası və şəhərin digər məşhur tikililərini körpü üzərindən keçərkən görə bilərsiniz. Eyni zamanda yeni il bayramı tədbirləri ilə məşhur olan körpüdə təşkil olunan atəşfəşanlıq şouları da hər il çox sayda insanı bura cəlb edən səbəblərdən sadəcə biridir. Sidneydə gəzməli digər yerlər üçün "Sidneydə gəzməli yerlər" qalareyamıza baxmağınız tövsiyə olunur.
Qalata körpüsü
Qalata körpüsünün gözəlliyi arxitekturasından daha çox körpü üzərindən seyr edilən mənzərəsindən irəli gəlir. Körpüdən Topqapı sarayı, Sarayburnu, Haliç, Qalata qülləsi və digər tarixi səmtləri kəşf edə bilərsiniz. Qaraköydən yuxarı doğru qalxdıqca keçmişdə qəsəbənin maliyyə mərkəzi olan Qalata və hər dönəmdə şəhərin ən canlı və əyləncəli adreslərindən biri olan Beyoğluna çata bilərsiniz.İstanbulu gəzmək üçün günlər və hətta həftələr belə yetərli olmaya bilər. Ancaq şəhərin əsas nöqtələrini və edə biləcəyiniz maraqlı fəaliyyətlər üçün "İstanbul şəhər rəhbəri"ni kəşf edə bilərsiniz.
Tower Bridge
Tower Bridge İngiltərənin paytaxtı Londonun ən önəmli simvollarından biridir. Qüllə Körpüsü anlamına gəlir. Adı London Qülləsinə yaxınlığından gəlir. Üstəlik Londondakı Yeni il tədbirləri kimi özəl tədbirlər üçün bura görüş nöqtəsidir. Liman ilə London Qülləsi arasında inşa edilən körpünün ən diqqət çəkən xüsusiyyətlərindən biri də açılıb bağlana bilən körpülərdən biri olmasıdır. Körpünün bənzərsiz mənzərəsində şəkil çəkdirmək Londonda edə biləcəyiniz ən maraqlı fəaliyyətlər arasında yer alır. Tower Bridgedən başqa da görüləcək çox sayda tarixi binaları, parkı və bağçaları olan Londona nə zaman gəlmək lazımdır, şəhərdə haraları gəzmək olar, harada nə yemək olar vəsairə məlumatlar üçün "London şəhər rəhbəri" sizi gözləyir.