Hansı insanlar enerjimizi aşağı çəkər?

Enerjimizi azaldan 6 insan tipi ilə tanış olun

Hansı insanlar enerjimizi aşağı çəkər?

Hər birimizin həyatında enerjimizi aşağı çəkən insanlar var. Və biz çalışmalıyıq ki, həmin insanları tanıyıb, onlarla olan münasibətlərimizi gözdən keçirib, lazım gəldikdə onlara kömək etmək, lazım gəldikdə isə bu münasibətlərə bir sərhəd qoyaq. Enerjimizi aşağı  çəkən 6 insan tipi:

  • 1. Enerji vampiri insanlar - Bu insanlar hər zaman onlarla eyni ortamda olduqda bizi gərməyə çalışar, etdikləri və danışdıqları ilə bizi qıcıqlandırmaq istəyərlər.
  • 2. Yalandan tərifləyən insanlar - Bu tip insanlar qarşısındakı insanın yüksəlməsinə, inkişaf etməsinə razı ola bilməyib, daima yalnış şərhlər və ya təriflərlə manipulyasiya edərlər.
  • 3. Pessimist, yəni mənfi düşünən insanlar - Bu insanlar sırf pessimist, yəni mənfi enerjiyə köklənmiş insanlardır. Müəyyən bir mövzuda sizin optimist fikirlərinizə qarşı çıxar, sizə ümidsizlik enerjisi ötürərlər.
  • 4. Tənqidi yönlü insanlar - Bu insanlar, əsasən  digərlərinin uğurlarını həzm edə bilməyən insanlardır. Hər kimsə bir uğur əldə etdikdə mövzunun dərinliyinə gedib, orada mütləq bir səhv və ya mənfi nəisə tapmağa çalışarlar.
  • 5. Manipulyativ insanlar - Bu insanlar sizdəki yaxşı xüsusiyyətləri görüb onları öz leyhlərinə uyğun dəyişmək istəyən insanlardır.
  • 6. Qurban bilincindəki insanlar - Onlar hər zaman sizin yanınızda həyatın onlara yaxşı şeylər bəxş etmədiyini, xoşbəxt olmadıqlarını, şansız olduqlarını dilə gətirər və mənfi enerji ötürürlər.

Həyat bu cür insanlarla doludur, biz özümüz dəyişək, çevrəmiz dəyişər, çevrəmiz dəyişərsə, insanlıq dəyişər.

Müəllif: Gülay Məcidli

banner