Çıxıb Gedirəm
Təbriz Oğuz Camalzadə : Çıxıb Gedirəm

- Bütün dərd-sərimi alıb çiynimə...
Qırıq xəyalları yığıb,gedirəm.
Inan ki, bu addım batıb beynimə,
Ciddiyəm! Həyatdan çıxıb gedirəm! - Taleyim yazılmış əzəldən belə
Çox olur həyatda itirdiklərim.
Məni dar günümdə atıb gedirlər..
Bir zaman qəlbimə gətirdiklərim. - Sən də tərk eyləyib çıxıb getmisən
Amansız xəstəlik tutandan məni!
Eşitdim özgə bir evdə gəlinsən...
Məni dar günümdə atandan bəri! - Bəs necə barışım sənsiz həyatla?
Bu ağır dərdləri daşıyanmıram!
Qoy gedim həyatdan canım qutarsın..
Onsuzda mən sənsiz yaşıyanmıram!
Müəllif: Təbriz Oğuz Camalzadə